Misirin birinci xanımı ölkəsinin Azərbaycan ilə əməkdaşlığının inkişaf səviyyəsindən məmnun olduğunu bildirmişdir

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdindəki Yüksək Texnologiyaların Tədqiqi Mərkəzinin direktoru, professor Sevda Abdullayeva Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən insan alverinə qarşı mübarizə üzrə Beynəlxalq forum çərçivəsində Misirin birinci xanımı Suzan Mübarəklə görüşmüşlər.
AzərTAc-ın müxbiri Qahirədən xəbər verir ki, görüş zamanı Misirin birinci xanımı təmsil etdiyi ölkənin Azərbaycan ilə əməkdaşlığının inkişaf səviyyəsindən məmnun olduğunu vurğulamışdır.
Milli Məclisin üzvü Qənirə Paşayeva isə Azərbaycanın siyasi rəhbərliyinin Misir dövləti ilə əlaqələrin inkişafına daim böyük əhəmiyyət verdiyini demişdir. Suzan Mübarəkin rəhbərliyi altında "İnsan alverinə son" devizi altında keçirilən Beynəlxalq forumun çox vacib və əhəmiyyətli olduğunu vurğulayan Qənirə Paşayeva, Azərbaycanın da bu məsələyə böyük diqqət yetirdiyini və insan alverinin qarşısının alınması istiqamətində mühüm işlər gördüyünü Suzan Mübarəkin diqqətinə çatdırmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında