Avropa İttifaqı Azərbaycan ilə viza rejiminin sadələşdirilməsinə dair danışıqlara gələn il başlayacaqdır

Avropa Komissiyası Azərbaycan ilə viza rejiminin sadələşdirilməsinə dair danışıqlara gələn il başlayacaqdır.
Bu sözləri Strasburqda Avropa Parlamentinin sessiyasında Avropa İttifaqının daxili işlər üzrə komissarı Sesiliya Malmstrem demişdir.
Komissar bildirmişdir ki, "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrdən indiyədək yalnız Ukrayna və Moldova ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalanmışdır. Bundan əlavə, Gürcüstan ilə sazişin ratifikasiyası prosesi başa çatmaq üzrədir. Bu yaxınlarda Avropa Komissiyası Belarus ilə də viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlamaq niyyətindədir.
Viza rejiminin sadələşdirilməsi viza rüsumlarının 60 avrodan 35 avroya endirilməsini, müəyyən kateqoriyadan olan vətəndaşlardan viza rüsumunun tutulmamasını, diplomatik pasportları olan şəxslər üçün vizaların ləğvini, həmçinin vizaların verilməsi və ya bundan imtinanın dəqiq vaxtının müəyyənləşdirilməsini nəzərdə tutur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında