Noyabr ayı bol uduş estafetini dekabra verdi

İl sona çatdıqca lotereya həvəskarları arasında sanki "uduş yarışı" başlanıb. Noyabr ayı məhsuldarlıq estafetini dekabra ötürüb. Noyabrın 10-da Hacıyev Səlahəddin Bəylər oğlu 43000 manat, 22-də Binyatov Əlyar İbrahim oğlu Bakıda 2 otaqlı mənzil və Nissan "Sunny" avtomobili, Ordubad rayon sakini Məmmədov Həsən Əmir oğlu Bakıda 1 otaqlı mənzil və Nissan "Sunny" avtomobili, Goranboy rayonu Qızılhacılı kənd sakini Xəlifəyeva Rahilə Xasay qızı Bakıda 1 otaqlı mənzil, Bakı şəhər sakini Məmmədov Fuad Elxan oğlu Toyota "Corolla", Lənkəran rayon sakini Məhərrəmov İntiqam Balası oğlu Kia "Rio" avtomobillərini, çoxsaylı oyun iştirakçısı Nissan "Sunny" və VAZ-2107 avtomobillərini udduqdan sonra, noyabrın 27-də "Avto Şou" lotereyasının 7-ci tirajında daha neçə Azərbaycan ailəsi yeni avtomobillərə sahib oldular.
"Azərlotereya" ASC-də bildirdilər ki, Toyota "Corolla" udan 209592- nömrəli, Kia "Rio" avtomobillərini udan 141645 və 158873 nömrəli, Vaz 2107 avtomobillərini udan 118707, 161176, 179202, 175828, 201145 nömrəli, (buraya kifayət qədər sanballı pul uduşlarını da əlavə etmək olar) biletlərin sahibləri, həmişəki kimi geniş ictimaiyyətə təqdim ediləcəklər. Lotereya həvəskarları ilin sonunadək hələ neçə-neçə sanballı uduş sahiblərini tanıyacaqlar. Noyabr ayının uduş ab-havası keçər-keçməz, "Azərlotereya" ASC-nin dekabr ayı üçün sevinc hesabı açıldı. Şamaxı rayonu Çaylı kənd sakini Məmmədov Fikrət Məstalı oğlu "Piramida" lotereyasının 13-cü tirajında 29 000 manat məbləğində Cek Pota, "Taleh açarı" lotereyasının 7-ci tirajında Lənkəran rayonu Mamusta kənd sakini Şabanzadə İlqar Etibar oğlu Bakı şəhərində 3 otaqlı mənzilə, Bakı şəhərindən Həsənov Hikmət Ağamirzə oğlu "Şans" lotereyasında Volkswagen "Passat" avtomobilinə, Quba rayonu Barlı kənd sakini Şəfaqətov İsa Sabir oğlu "Ailə sevinci" lotereyasının 47-ci tirajında 12020 manat məbləğində Cek Pota sahib oldular.
Hazırda "Azərlotereya" ASC-nin təşkil etdiyi lotereya oyunlarında uduşların sayı o qədər çoxdur ki, tez-tez işlədilən "filankəs "Azərlotereya"dan sevinc payını aldı" kəlməsi adiləşir. Əslində isə hər bir uduş hansısa ailənin, hətta (bizim mentalitet bucağından baxsaq) bir neçə ailənin həyatında köklü dönüş yaradır. Gəlin qaliblərimizin bir neçəsi ilə bir qədər yaxından tanış olaq.
"Piramida" lotereyasının qalibi, Şamaxı sakini, 43 yaşlı Məmmədov Fikrət öz övladlarından ikisini köçürüb, xeyli cavan olsa da artıq bir nəvəsi var. O, bir qədər emosional və səmimiyyətlə "Azərlotereya" ASC-nin kollektivinə minnətdarlığını bildirir və sözünə davam edərək deyir: Həmişə içimdə bir əminlik var idi ki, nə vaxtsa mütləq udacağam. Budur, 29000 manat qismətimi Allah yetirdi. Rahat işləmək üçün özümə VAZ-21015 markalı avtomobil aldım və uşaqlar üçün Müşfiqabad tərəfdə iki sot torpaq sahəsi behlədim.
Növbəti qalibimiz Lənkəran rayonu Mamusta kənd sakini Şabanzadə İlqar Etibar oğlunun 17 yaşı var və Bakı şəhərində təhsil alır. İlqar "Taleh açarı" lotereyasının 7-ci tirajında gözəl mənzilə sahib oldu. Bakıda 3 otaqlı mənzil hansı 17 yaşlı gənc tələbənin həyatını dəyişməyə qadir deyil?
Bir incə məqama da, mentalitetimizə, toxunmaq istərdik. Hazırda Xaçmazda yaşayan, Quba rayonu Barlı kənd sakini Şəfaqətov İsa Sabir oğlu "Ailə sevinci" lotereyasında 12 020 manat udub. Sürücüdür. "Bu məbləği nəyə sərf edəcəksən?" sualına "bir az qardaşıma kömək etdim, ehtiyacı var idi" deyə cavab verir. Allah yetirdiyindən yaxınlarla bölüşməyi bacarmaq. Bu xalqımızın ən gözəl xüsusiyyətlərindən biridir. Xeyirli olsun.
Qarşıdan yeni il gəlir və kim də bilməsə lotereya həvəskarları yaxşı bilirlər ki, "Şans" lotereyasında Volkswagen "Passat" avtomobili udulsa da, Volkswagen "Touareq" avtomobili öz xoşbəxt sahibini gözləyir. Yeri gəlmişkən, məhz 31 dekabr gecəsi, "Taleh açarı" lotereyasından bir an içində Bakı şəhərində təmirli mənzilə sahib olmaq üçün fürsəti əldən vermək olarmı? O ki, qaldı böyük populyarlıq qazanan "Avto Şou" lotereyasına, dekabr ayının 25-də Sizi möhtəşəm Toyota "Prado" avtomobili gözləyir. Yeni il ərəfəsində isə "Gış möcüzəsi" lotereyası çoxsaylı iri pul uduşları və KİA "Sportage" avtomobili ilə oyun iştirakçılarını sevindirəcək.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında