Badamdarda xeyir-şər evi

Son vaxtlar paytaxtın Səbail rayonunda aparılan genişmiqyaslı quruculuq-abadlıq tədbirləri uzun illər diqqətdən kənarda qalmış Badamdar qəsəbəsini də əhatə etmişdir. Rayon icra hakimiyyətinin burada apardığı fəal sosial işlər çərçivəsində bu il mədəniyyət evi əsaslı təmir olunmuş, 8 abad həyət yaradılmış, 2 istirahət parkı salınmışdır. Bu günlərdə isə qəsəbədə abad, geniş xeyir-şər evi istifadəyə verilmişdir.
Belə bir mərasimlər ocağının yaradılması ideyası bu ilin əvvəlində Səbail Rayon İcra Hakimiyyəti başçısının qəsəbə sakinləri ilə görüşündə səslənmişdi. Bu məqsədlə qısa müddətdə zibilliyə çevrilmiş yarğan dolduruldu, ərazi abadlaşdırıldı. Rayon icra hakimiyyətinin layihə sənədləri əsasında burada qəsəbə sakinləri üçün yaraşıqlı, böyük xeyir-şər evi tikildi.
Müxtəlif tədbirlər, xeyir-şər mərasimləri və digər tədbirlər keçirilməsi üçün nəzərdə tutulan bu binada 200-250 nəfərlik işıqlı zal, geniş mətbəx, inzibati otaq və anbar var. Xeyir-şər evi tələb olunan bütün inventarlarla, stol və stullarla, qab-qacaqla, müvafiq texniki vasitələrlə təmin olunmuşdur.
Binaya kommunikasiya xətləri çəkilmiş, işıq, qaz və su məsələləri həll olunmuşdur Daimi isti su, istilik və sərinlik üçün "Kombi" sistemi və kondisionerlər quraşdırılmışdır. Binanın həyətinə 1000 kvadratmetr asfalt salınmış, 150 kvadratmetr sahəyə tamet örtüyü vurulmuş, perimetr üzrə dekorativ məhəccərlər qurulmuş, ətraf abadlaşdırılmışdır.
Qəsəbədə dini ayinlərin yerinə yetirilməsi ilə bağlı şəraitin olmaması nəzərə alınaraq binanın bir hissəsində cənazə yuyulması üçün yer, namaz və ayinlər üçün otaq hazırlanmışdır. Bu, dəfn mərasimlərində qəsəbə sakinlərinin qayğılarını azaldacaqdır.
Badamdar qəsəbəsində sosial yönümlü layihələrin həyata keçirilməsi istiqamətində RİH tərəfindən görülən işlər davam edir. Qəsəbədəki mağaza və ticarət obyektlərinin fasadları üzlənilir, səkilər və yol kənarlarında abadlıq işləri aparılır. Yaxın vaxtlarda "Abad həyət" layihəsinin davamı kimi daha bir ünvanın və qəsəbə mərkəzindəki Heydər Əliyev parkının əsaslı təmirinə başlanacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında