Rəfibəylilərin ağrılı-acılı taleyindən bəhs edən ibrətamiz kitab

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynovun "Yurdun adındakı can" kitabı çapdan çıxmışdır.
Oxucular indiyədək Rafael Hüseynovun milli təəssübkeşliklə yazılmış "Vaxtdan uca", "Min ikinci gecə", "Baba Tahir", "Məhsəti necə varsa", Füzuli tilsimi" kitablarını maraqla, sevə-sevə oxumuşlar. Onun direktoru olduğu Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Elmi Şurasının qərarına əsasən nəşr edilmiş yeni kitabında Rəfibəylilərin kəşməkəşli taleləri vərəqlənir.
Yeri gəlmişkən, Azərbaycanın tarixində müxtəlif nəsillərin izi vardır. Məsələn, yaxın keçmişimizi Bakıxanovlarsız, Hacıbəylilərsiz, Şıxzamanovlarsız, Şıxlinskilərsiz, Xoyskilərsiz, Vəkilovlarsız, Talışinskilərsiz, Topşubaşovlarsız, Şahtaxtinskilərsiz, Mansurovlarsız, Qaryağdılarsız, Mirqasımovlarsız, Rüstəmbəylilərsiz, Bədəlbəylilərsiz... təsəvvür etmək çətindir. Rəfibəylilər də o nəsillərdən biridir.
Ələkbər bəy Rəfibəyli ilə başlanıb, Mahmud və Akif Rəfibəylilərlə tamamlanan 671 səhifəlik bu kitab XX əsr Azərbaycan tarixinin qanlı-qadalı, zindanlı-məhbəsli, ölümlü-itimli, məhrumiyyət və məşəqqətlərlə dolu bir parçasıdır. Xalq şairi Zəlimxan Yaqubun dediyi kimi, elə bir parçası ki, özünü bu Vətənin vətəndaşı, bu xalqın övladı, bu millətin ziyalısı sayan heç bir insan oğlu bu hadisələrə biganə qala bilməz və qalmamalıdır.
Sovet hakimiyyəti dövründə 9 dəfə sürgünə, həbslərə məruz qalmış, dünyanın 4 tərəfinə səpələnmiş Rəfibəylilərdən bəhs edən kitab tarixi dürüstlüklə, şirin dillə yazılmışdır. Əsər, eyni zamanda, uzun axtarışların, yorulmaz əməyin, gərgin zəhmətin, incə tədqiqatçılıq qabiliyyətinin məhsuludur. Kitabı bir nəslin bədii salnaməsi adlandırsaq, səhv etmərik. Müəllif bizi inandırır ki, sürgün və həbslərə baxmayaraq, bu nəslin yetirmələri harada olsalar, hansı çətin şəraitə düşsələr də, həmişə soyadlarının yüksək mənəvi keyfiyyətlərinə sadiq qalmış, maarifçilik, millətin dirçəlişi yolunda çalışmış, ən dəhşətli dövrlərdə belə ləyaqətlərini hifz etmişlər. Ucalmağa, dirçəlməyə təpərləri, qüdrət və qeyrətləri çatmışdır. Onlar mühacirət yükünü daşıyıb ağrılarını yaşayarkən, həmin günlərin birində Vətəndə vəfat edən analarının yas mərasiminə belə qatıla bilməməyin dərdini çəkərkən də Vətənin azadlığı haqqında düşünmüş, bir gün bu arzunun gerçəyə çevriləcəyinə əmin olmuşlar. Rafael Hüseynovun bu kitabında ağrı-acılarla dolu bu həyat hekayətini kövrəlmədən oxumaq mümkün deyildir.
Ciddi tədqiqatçı alim zəhməti, inadkar arxivşünas qətiyyəti, yüksək ziyalı mədəniyyəti, yanğılı vətəndaş qeyrəti, aydın dövlətçilik mövqeyi, mahir yazıçı əməyi hesabına başa gəlmiş bu kitab müasir tarixşünaslığımıza ən dəyərli hədiyyədir.
Kitab həm də 70-80 il tariximizi saxtalaşadırmaqla məşğul olanlara tarixi dəlillər əsasında tutarlı cavabdır. Bu kitab təkcə keçmiş, tarix deyil, bu günümüz və sabahımız üçün ibrət, qeyrət, cəsarət dərsidir...
Redaktorları tarix elmləri doktoru Cəmil Həsənli və filologiya elmləri üzrə fəlsəfə doktoru Lətif Kərimli (Rəfibəyli) olan kitab nəfis şəkildə tərtib edilmişdir və fotoşəkillərlə zəngindir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında