Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına daha həssas yanaşmalıdır

Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən "İnsan alverinə qarşı Beynəlxalq Forum"da iştirak edən Milli Məclisin deputatı Qənirə Paşayeva forum çərçivəsində Böyük Britaniyanın Lordlar palatasının üzvü, baronessa Mary Goudue ilə görüşmüşdür.
Görüşdə Mary Goudueyə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların bugünkü vəziyyəti, işğalçı ölkənin münaqişənin tənzimlənməsi istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri yerinə yetirməməsi ilə əlaqədar ətraflı məlumat verilmişdir.
Qeyd edilmişdir ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan alveri, qeyri-leqal miqrasiya, terrorçular üçün sığınacaq, çirkli pulların yuyulması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərə milli və regional təhlükəsizliyin təminatı kimi baxdığını vurğulayan Q.Paşayeva beynəlxalq ictimaiyyətin bu məsələlərə daha həssas yanaşmasının vacibliyini qeyd etmişdir.
Bölgədəki münaqişələrin həll olunmamasının narahatlıq doğurduğunu deyən Lordlar palatasının üzvü, baronessa Mary Goudue münaqişənin tezliklə həllinin vacibliyini bildirmişdir.
Azərbaycanın iqtisadi inkişafı, Avropanın enerji təhlükəsizliyində oynadığı rol, mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində görülən işlər barədə də baronessa Mary Goudueyə məlumat verilmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirən baronessa Mary Goudue, insan alverinin qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərdən razılığını ifadə etmişdir. Qənirə Paşayeva baronessa Mary Goudueni Azərbaycana dəvət etmiş, o isə Azərbaycanı görməyə şad olacağını vurğulamışdır.
Görüşdə iştirak edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində yüksək texnologiyaların tədqiqi mərkəzinin direktoru, professor Sevda Abdullayeva Azərbaycanda yüksək texnologiyalar sahəsində görülən işlər barədə ətraflı məlumat vermişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında