Masallıda silsilə tədbirlər

Ümummilli lider Heydər Əliyevin anım günü Masallıda bir sıra silsilə tədbirlərlə əlamətdar olub. Ulu öndərin abidəsi önünə minlərlə insan axışaraq unudulmaz dahi şəxsiyyətin ruhuna hörmət və məhəbbətlərini ifadə edib.
Sonra ulu öndərin adını daşıyan muzeydə Heydər Əliyev məktəbinin növbəti məşqələsi keçirilib.
Muzeyin direktoru Əyyar Tahirov "Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur" mövzusunda məruzə edib.
Çıxış edənlər ümumilli liderin Azərbaycanı dünyaya tanıtmasından, bizə miras qoyduğu Azərbaycan dövlətinin sosial-iqtisadi sahədə uğurlarından bəhs ediblər.
Çoxsaylı idmançı-gənclərin qatıldığı marafon yürüşü ümummilli liderin abidəsinin ziyarəti ilə başlanıb. H.Əliyev muzeyində onlara dahi rəhbərimizin zəngin və mənalı həyatı, bənzərsiz siyasi fəaliyyəti barədə danışılıb. Sonra iştirakçılar H.Əliyev prospekti və dahi rəhbərin adını daşıyan digər yerlər boyunca yürüşə çıxıblar. Küçə və meydanlarda əhali tərəfindən hərarətlə qarşılanan idman tədbiri Dövlət bayrağı meydanında yekunlaşıb.
"Ekologiya ili" çərçivəsində Masallıda növbəti ağacəkmə kampaniyası keçirilib.
Rayonun idarə və müəssisələrinin kollektivləri tərəfindən Bakı-Astara yolunun Masallı rayonu ərazisindən keçən hissəsində, Viləş çayının Masallı şəhəri ərazisindəki vadisində, məktəb və uşaq bağçalarının həyətlərində altı mindən çox ağac əkilib.{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında