Nəsillərə örnək olan dahi anıldı

Dünən ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Xətai Rayon İcra Hakimiyyətinin kollektivinin və rayon ictimaiyyəti nümayəndələrinin geniş toplantısı keçirilmişdir.
Ulu öndərin anım mərasimi onun adını daşıyan parkda Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələrinin qoyulması ilə başladı. Yüzlərlə rayon sakini az bir vaxta ulu öndərin abidəsinin ətrafını qırmızı qərənfillərə və qızılgüllərə qərq etdilər. Sonra YAP Xətai rayon təşkilatının geniş akt zalında tədbirin rəsmi hissəsi başladı.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bu dahi azərbaycanlının müstəqil dövlətçiliyimizin yaradılmasında və dünyaya tanıdılmasında müstəsna xidmətlər göstərdiyini konkret faktlarla diqqətə çatdırdı:
- Həyatını bütünlüklə öz xalqının və ölkəsinin xoşbəxtliyinə həsr etmiş ulu öndər Heydər Əliyev təkcə öz müasirlərinə deyil, bütün gələcək nəsillərə həqiqi vətəndaşlıq nümunəsi göstərmişdir. Sovet hakimiyyətinin sərt rejiminə və qadağalarına baxmayaraq, Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanın iqtisadi inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, elm və təhsilin müasir standartlar səviyyəsinə qalxmasında nəhəng işlər gördü. Lakin az bir vaxtdan sonra onun ədalətsizcəsinə və erməni hiyləsi ilə hakimiyyətdən uzaqlaşdırılması nəticəsində xalqımız böyük haqsızlıqlarla üzləşdi. Xüsusilə müstəqilliyinin ilk illərində Azərbaycan bir tərəfdən Ermənistanın işğalçı hücumları, digər tərəfdən isə o vaxtın rəhbərlərinin səriştəsizliyi nəticəsində xaos və anarxiyanın gətirdiyi bəlalara düçar oldu. Ölkə parçalanmaq və məhv olmaq təhlükəsilə üzləşdi.
Məhz belə bir məqamda xalqın nəzər və diqqəti, ümid dolu gözləri yenə öz dahi oğlu Heydər Əliyevə dikildi. Xalqının, Vətəni Azərbaycanın taleyinə biganə qala bilməyən bu böyük azərbaycanlı yenidən, xalqın təkid və xahişi ilə hakimiyyətə gəldi. Bu gəliş Azərbaycana əmin-amanlıq və inkişaf, rifah və rahatlıq, bir sözlə həyat verdı. Çox haqlı olaraq tarixçilər, alimlər və politoloqlar məhz həmin tarixi müstəqil Azərbaycanın Qurtuluş tarixi kimi qiymətləndirdilər.
Sonra natiq ulu öndərin Prezidentliyinin on ilində müstəqil Azərbaycanın taleyində misilsiz rol oynayan iqtisadi, siyasi və sosial islahatlardan, milli-mədəni dəyərlərimizin qorunması üçün gördüyü işlərdən ətraflı danışdı.
Çıxışını yekunlaşdırarkən R.Məmmədov bildirdi ki, ulu öndərin Vətən qarşısında müstəsna xidmətlərindən biri Azərbaycanda onun inkişaf və tərəqqi strategiyasını yüksək səviyyədə həyata keçirən Prezident cənab İlham Əliyev kimi bir siyasi varis yetişdirməsidir. Bu gün məhz bu varisin zəkası, zəngin siyasi təcrübəsi, qətiyyəti, məntiqi, praqmatik düşüncəsi sayəsində Azərbaycan ümummilli lider Heydər Əliyevin arzularına doğru inamla gedir və uğurlara imza atır.
Sonra "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vaqif Abbasov və başqaları ulu öndərin həyat və fəaliyyəti, dövlət xadimi kimi siyasi xidmətləri və dünya siyasətindəki yeri barədə maraqlı faktlarla çıxış etdilər. Qeyd olundu ki, bu gün Heydər Əliyevin dövlətçilik təlimi, idarəçilik fəlsəfəsi ətraflı öyrənilməli və geniş təbliğ olunmalıdır.
Anım mərasiminin sonunda Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük bileti verildi və ulu öndər haqqında hazırlanmış filmə baxış keçirildi.{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto) "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında