Həştərxanda ulu öndər Heydər Əliyevin xatirəsi yad edilmişdir

Rusiya Federasiyasının Həştərxan şəhərinin ən görkəmli yerində - "Naberejnaya Privolskovo zatona" küçəsində yerləşən parkda Azərbaycan xalqının ümummlli lideri Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılmışdır. 2010-cu il oktyabrın 27-də Həştərxan vilayətinə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vilayətin qubernatoru cənab A.Cilkinlə, Rusiya Federasiyasının və Azərbaycan hökumətinin digər rəsmi nümayəndələri ilə birlikdə ümummilli liderimiz Heydər Əliyevin abidəsinin təntənəli açılış mərasimində iştirak etmişdir.
Dekabrın 12-də Azərbaycan xalqının ümummlli lideri Heydər Əliyevin Həştərxan şəhərindəki parkda ucaldılmış möhtəşəm abidəsi önündə dahi şəxsiyyətin əziz və parlaq xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Mərasimdə Həştərxan vilayəti hökumətinin rəhbərliyi, burada fəaliyyət göstərən Azərbaycan, Tatarıstan və Gürcüstan diasporlarının nümayəndələri, vilayətin ali təhsil ocaqlarında oxuyan azərbaycanlı tələbələr və Həştərxan şəhəri ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirin açılışından öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Ümumdunya Azərbaycanlıları Konqresi Həştərxan vilayətinin sədri Ədalət Hüseynov açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən geniş bəhs etmişdir.
Sonra Həştərxan hökumətinin müavini Tatyana Yusupova çıxış edərək vurğulamışdır ki, Heydər Əliyev, sözün əsl mənasında, Vətənin böyük oğlu, əsl lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, xalqın sevgisini qazandı və müasir Azərbaycanın yaradıcısı, qurucusu oldu. O, çıxışında həmçinin bildirdi ki, Heydər Əliyev hələ SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini işləyərkən Həştərxan vilayətinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu gün Heydər Əliyevin siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Həştərxan vilayəti ilə əməkdaşlığa böyük önəm verir. Belə ki, Bakı şəhərinin Nərimanov rayonu ilə Həştərxan vilayətinin Nərimanov rayonu arasında sıx dostluq və əməkdaşlıq əlaqələri məhz bu diqqət və qayğının məntiqi nəticəsidir.
Sonda tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə əklillər, gül çələngləri və tər çiçəklər düzmüşlər.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında