Naxçıvan Muxtar Respublikasında keçirilən növbəti iməciliklər ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuşdur

Ulu öndərimiz tərəfindən əsası qoyulan, artıq ənənə halını almış yaşıllaşdırma iməcilikləri ümumxalq işinin tərkib hissəsinə çevrilmişdir. Dekabrın 11-də Naxçıvan Muxtar Respublikasında keçirilən iməciliklər ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Duzdağ Fizioterapiya Mərkəzinin ətrafındakı 2,5 hektarlıq ərazidə keçirilən iməcilikdə iştirak etmişlər.
Uzun illər istifadəsiz qalan bu şoran torpaqlar indi yaşıllaşan sahəyə çevrilmişdir. Ötən il bu əraziyə 25 min, cari ildə isə 15 min ağac əkilmişdir.
İməcilikdə yüksək mütəşəkkillik göstərilmiş, əraziyə 600 meyvə, 900 bəzək tingi əkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, ərazidə yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi, damcı üsulu ilə suvarma şəbəkəsinin quraşdırılması barədə tapşırıqlar vermişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında