Balakəndə silsilə tədbirlər

Balakən rayonunda ümummilli lider Heydər Əliyevin vəfatının 7-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə ulu öndərin adını daşıyan parka gələrək türk dünyasının böyük oğlu, tarixi şəxsiyyət öz şüurlu həyatını xalqının həyat səviyyəsinin yaxşılaşmasına həsr etmiş Heydər Əliyevin abidəsi önünə tər-çiçək dəstələri düzmüşlər.
Həmin gün rayonun bütün təhsil müəssisələrində, idarə və təşkilatlarda keçirilən anma mərasimlərində çıxış edənlər bu gün müstəqilliyimizin qorunub saxlanmasında, dünya dövlətləri arasında imzamızın tanınmasında, Azərbaycan xalqının xoşbəxt, firavan yaşayışının təmin olunmasında ümumilli lider Heydər Əliyevin xüsusi xidmətlərindən danışmışlar.
Ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-stendlər, sərgilər təşkil olunmuş, ona həsr olunmuş şeirlər səsləndirilmişdir. Həmin gün ulu öndərin xatirəsinə həsr olunmuş voleybol turniri keçirilmişdir.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında