Nəsimi rayonu ilə San-Dieqonun Svitser Hayts rayonu qardaşlaşırlar

Bakının Nəsimi rayonu ilə ABŞ-ın Kaliforniya ştatındakı San-Dieqo şəhərinin Svitser Hayts rayonu qardaşlaşırlar. Bu günlərdə ABŞ tərəfindən təşəbbüs qrupunun üzvləri Martin Kruminq və Meqan Kruminq Bakıda səfərdə olmuşlar. İxtisasca hüquqşünas olan Martin Kruminq San-Dieqo Universitetində çalışır, Meqan Kruminq isə pedaqoqdur.
Qonaqlarla Nəsimi Rayon İcra Hakimiyyətində görüş olmuşdur. İcra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev amerikalı qonaqlara rayon haqqında geniş məlumat vermiş, son illər sosial-iqtisadi həyatda əldə edilən nailiyyətlərdən danışmışdır. Öz növbəsində San-Dieqodan gələn qonaqlar da yaşadıqları Svitser Hayts rayonu barədə ətraflı məlumat vermişlər. Çıxışlarda rayonlar arasında qardaşlıq münasibətlərinin qurulmasının Azərbaycan və ABŞ arasında əlaqələrin genişlənməsinə, xalqlarımızın bir-birini daha yaxından tanımasına önəm verəcəyi vurğulanmışdır. Qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir.
Sonra qonaqların Nəsimi rayonundan Milli Məclisə deputat seçilmiş Asim Mollazadə və Aytən Mustafayeva ilə görüşü olmuşdur.
Növbəti gün Martin Kruminq və Meqan Kruminq 23 saylı orta məktəbdə və Elitar Gimnaziyada olmuşlar. Qonaqlar bu təhsil ocaqları ilə tanış olmuş, müəllim və şagirdlərlə görüş keçirmişlər.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında