Zaqatalada anım mərasimi keçirilib

Zaqatalada Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə ümummilli liderin adını daşıyan parka gələrək ulu öndərin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Sonra Heydər Əliyev Mərkəzində ümummilli liderimizin anım günü münasibətilə elmi praktiki konfrans keçirilmişir. Rayon fəallarının iştirak etdiyi tədbirdə ilk öncə ulu öndərə həsr olunmuş film nümayiş etdirilmişdir.
Konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin "Mənəviyyat zirvəsi" mövzusunda geniş məruzəsi dinlənilmişdir. Məruzəçi müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin müasir Azərbaycanın tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir. Daha sonra natiq şərəfli və mənalı ömür yolunu millətinin tərəqqisinə həsr etmiş ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratdığını, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurumuzda əbədiyaşarlıq hüququ qazandığından danışmışdır. O, ulu öndər, müdrik və dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirmiş, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.
Daha sonra konfransda dinlənilən "Dahi rəhbər və şəxsiyyət", "Heydər Əliyev ideyalarının zəfəri və təhsilin himayədarı" və digər mövzularda məruzələrdə ulu öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanıb, onun zəngin həyat yolu və çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunulmuşdur.
Konfrans dahi şəxsiyyətə həsr olunmuş kompozisiya və filmin nümayişi ilə yekunlaşmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında