Xalq öz xilaskarını heç zaman unutmur

Ölkəmizin hər yerində olduğu kimi, Qaxda da ulu öndərin əbədiyyətə qovuşmasının 7-ci ildönümü ərəfəsində bir sıra silsilə tədbirlər - dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş müsabiqələr, sərgilər, konfranslar, ədəbi-bədii kompozisiyalar və digər anım mərasimləri təşkil olunmuşdur.
Dünən Heydər Əliyev muzeyində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ulu öndərimizin əziz xatirəsinə həsr olunmuş daha bir ümumrayon tədbiri keçirildi.
Mərasim iştirakçıları əvvəlcə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri olmuş Heydər Əliyevin həyat və fəaliyyətindən, onun memarı və qurucusu olduğu müasir Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edən sərgi ilə tanış oldular. Heydər Əliyevin əbədiyyətə qovuşmasının 7-ci ildönümü ərəfəsində rayonda təşkil olunmuş rəsm əsərləri, inşa yazı və digər əl işləri üzrə müsabiqələrin qaliblərinin yaradıcılığını əks etdirən zəngin sərgi eksponatları iştirakçıların marağına səbəb oldu.
Muzeydə təşkil olunmuş "Dəyirmi masa"nı giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Ziyafət Xasıyeva qeyd etdi ki, bu günlər nəinki Azərbaycanda, bir sıra digər ölkələrdə də türk dünyasının böyük oğlu, Heydər Əliyevin əziz xatirəsi mütəşəkkilliklə qeyd olunur.
Daha sonra mərasimdə bu Böyük Azərbaycanlının həyat və fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edən muzeyin direktoru Nərminə Omarova onun Azərbaycan xalqının və dövlətçiliyinin qarşısındakı misilsiz xidmətləri barədə maraqlı faktları xronoloji ardıcıllıqla iştirakçıların nəzərinə çatdırdı. O, rəhbəri olduğu muzey tərəfindən Heydər Əliyev irsinin öyrənilərək təbliği istiqamətində görülən işlərdən söz açdı. Çıxışının sonunda N.Omarova qeyd etdi ki, ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətlərindən biri də ondan ibarətdir ki, o, sağlığında ikən öz siyasi varisini, zəngin irsinin layiqli davamçısını hazırlayaraq xalqımızın və dövlətçiliyimizin taleyini etibarlı əllərə tapşırdı. İndi bizim təskinlik tapdığımız əsas amil odur ki, ulu öndərimizin azərbaycançılıq ideyaları Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımız tərəfindən uğurla davam etdirilir. Ölkənin sosial-iqtisadi, siyasi qüdrətinin daha da yüksəldilməsi, taleyüklü problemin həll edilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilmişdir.
Mərasimdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev ulu öndərimizin hakimiyyətdə olduğu dövrlərdə təhsilin inkişafı, milli kadr potensialının hazırlanması, gənclər və idman idarəsinin rəis müavini Elbrus Tağıyev dövlət gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi, idmanın maddi texniki bazasının möhkəmləndirilməsi, YAP rayon təşkilatı aparatının rəhbəri Natiq Allahverdiyev bu partiyanın iqtidar partiyası kimi formalaşması sahəsindəki misilsiz xidmətlərindən danışdılar. Qeyd etdilər ki, qaxlılar bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə daim onu dəstəkləyəcək, Azərbaycanın daha xoş gələcəyi naminə əzmlə çalışacaqlar.
Mərasimdə "Gənc Heydərçilər"in səsləndirdikləri ümummilli liderin xatirəsinə həsr olunmuş şeirlər, nümayiş etdirdikləri ədəbi-bədii kompozisiyalar maraqla qarşılandı.
Sonda tarixi şəxsiyyətin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edən film nümayiş etdirildi.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında