Binəqədidə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunmuşdur

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP-ın Binəqədi rayon qərargahında ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbirdən əvvəl iştirakçılar Heydər Əliyevin RİH-in qarşısındakı büstü önünə gül-çiçək düzmüşlər.
Rayon rəhbərliyinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirin əvvəlində ümummilli liderimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov çıxışında bildirmişdir ki, Heydər Əliyevin vəfatından yeddi il keçməsinə baxmayaraq, ulu öndərimizə olan tükənməz xalq məhəbbəti bu gün də yaşayır və bu, heç zaman bitməyəcəkdir. Dahi şəxsiyyəti bizdən cismən ayıran illər ötdükcə onun böyüklüyünü, dahiliyini daha dərindən dərk edirik.
N.Xəlilov daha sonra demişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilmişdir.
Rayon ağsaqqalı, professor Həsən Mirzəyev bütün həyatını, fəaliyyətini öz xalqının xoşbəxtliyinə və Vətənimizin qüdrətlənməsinə həsr etmiş bu böyük şəxsiyyətin əvəzsiz tarixi xidmətlərindən danışmış, Tanrı dərgahına qovuşmuş ulu öndərimizin əziz və nurlu xatirəsinin daim qəlblərdə yaşayacağını, onun müqəddəs ruhunun xalqımızın yoluna həmişə işıq saçacağını xüsusi vurğulamışdır. Bildirmişdir ki, Heydər Əliyevin itkisi yalnız Azərbaycanın deyil, həm də dünyanın, dünya siyasətinin itkisidir. Ulu öndər hazırda aramızda olmasa da, mənən bizimlədir. O, Azərbaycanın xilaskarı, qurucusu, memarı və milli lideridir. Heydər Əliyev dünya tarixində daim yaşayacaq təkrarsız fenomendir.
AMEA-nın müxbir üzvü Vaqif Abbasov demişdir ki, xalqımızın böyük oğlu Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində duran nəhəng şəxsiyyət idi. Bu tarixi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi Azərbaycanın son əlli illik tarixinin mərhələləri ilə üst-üstə düşür. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər Binəqədi rayonunun həyatında da yaddaqalan olmuşdur. Bu illərdə rayonda geniş tikinti-quruculuq işləri aparılmış, əhalinin həyat səviyyəsi yaxşılaşmışdır..
Millət vəkili Rəfael Cəbrayılov və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev dahi şəxsiyyətin əsasını qoyduğu uğurlu sosial-iqtisadi və siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını, sosial-iqtisadi sahələrdə böyük irəliləyişlərə nail olunduğunu xüsusi vurğulamışdılar.
Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş "Millət atası" filminə baxılmış və bir qrup gəncə YAP-ın üzvlük vəsiqəsi təqdim edilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında