Azərbaycanda hər gün 400-dən çox körpə doğulur

Dövlət Statistika Komitəsi bildirir ki, cari ilin aprel ayının 1-i vəziyyətində Azərbaycan Respublikasının əhalisinin sayı ilin əvvəlindən 25 min nəfər və yaxud 0,3 faiz artaraq 9022 min nəfərə çatmışdır. Əhalinin 54,1 faizi şəhər, 45,9 faizi kənd yerlərində yaşayır.
Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir. Əhalinin 23 faizi 0-14 yaşda, 70 faizi 15-64 yaşda, 7 faizi 65 və daha yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər ölkə əhalisinin 31,2 faizini təşkil edir.
Əhalinin orta yaşı 32, yeni doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaş təşkil edir.
2010-cu ilin yanvar-mart aylarında Azərbaycanda 38,1 min, gündə təxminən 423 körpə doğulmuşdur ki, onların da 53,5 faizini oğlanlar, 46,5 faizini isə qızlar təşkil edir. Yeni doğulanların 346-sı əkiz, 12-si üçəmdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfər hesabı ilə doğumun səviyyəsi 16,4-dən 17,4-dək artmışdır.
Ölkədə orta hesabla bir qadına bütün ömrü boyu 2,3 doğulmuş uşaq düşür.
Cari ilin birinci rübündə 13,9 min ölüm, 14,2 min nikah və 1,9 min boşanma halları qeydə alınmış, 2009-cu ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfəri hesabı ilə onların sayı eyni səviyyədə qalmışdır. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş təşkil edir.
Birinci rübdə Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən daimi yaşmaq üçün Azərbaycanda 0,5 min nəfərin gəldiyi və 0,2 min nəfərin ölkədən getdiyi qeydə alınmışdır.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında