Beynəlxalq Sosial Təminat Assosiasiyasının Regional Koordinasiya Mərkəzi Azərbaycanda yaradılacaq

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) MDB və türkdilli ölkələr üzrə Regional Koordinasiya Mərkəzinin Azərbaycanda yaradılması nəzərdə tutulur. Bu barədə qərar 2010-cu il, noyabrın 29-dan dekabrın 4-dək Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda qəbul edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun iştirak etdiyi həmin forumda BSTA-nın qərarı qurumun baş katibi Hans-Horst Konkolevski tərəfindən rəsmən bəyan olunmuşdur. O bildirib ki, qəbul edilən qərarla bağlı məlumatlar yaxın zamanlarda müvafiq sosial sığorta-pensiya təşkilatlarına ünvanlanacaqdır.
Toplantıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbərliyi tərəfindən ölkəmizdə sığorta-pensiya sahəsində aparılan uğurlu siyasətin və islahatların nəticələrini nəzərə alaraq Azərbaycanda sosial sığorta-pensiya məsələləri üzrə Beynəlxalq Tədqiqat və Tədris Mərkəzinin yaradılması təklif edilmişdir. Baş katib Hans-Horst Konkolevski iştirakçılara təqdim etdiyi məruzəsində qeyd etmişdir ki, belə mərkəzin yaradılmasının regionda sosial sığorta-pensiya məsələlərinin səmərəli həlli üçün böyük əhəmiyyəti var. Mərkəzin Azərbaycanda yaradılmasının əsas səbəbi kimi ölkəmizdə qısa müddət ərzində bu sahədə böyük nailiyyətlərin əldə olunması, ölkənin iqtisadi qüdrəti, siyasi nüfuzu və idarəetmə sahəsində böyük təcrübəsi qeyd edilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya bildirmişlər ki, forumda Azərbaycan nümayəndələri "Miqyası genişlənən avtomatlaşdırılmış idarəetmə sistemləri" və "Sığorta-pensiya sistemlərində aktual tədqiqatların təşkili və qərar qəbul etmə üsulları" üzrə məruzələrlə çıxış ediblər. Forumda iqtisadi böhran şəraitində sosial təminat sahəsində inkişaf və tendensiyalar, sosial təminat təşkilatlarının idarə edilməsində yeni yanaşmaların müəyyən olunması, əksər dünya ölkələri üçün ciddi problem olan demoqrafik vəziyyət və başqa mövzularda məruzələr müzakirə olunmuşdur. Forum çərçivəsində təşkilati məsələyə də baxılmış, Beynəlxalq Sosial Təminat Assosiasiyasının yeni prezidenti seçilmişdir. Yeni prezident Erol Stuve Hollandiya Sosial Bankının İdarə Heyətinin sədridir.
Səfər zamanı Dövlət Sosial Müdafiə Fondunun sədri S.Müslümov Polşa, Moldova, Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa, Qazaxıstan, Rusiya, Hollandiya, Almaniya, Estoniya, İsveç və digər ölkələrin sosial sığorta-pensiya təşkilatlarının rəhbərləri ilə görüşlər keçirmiş, gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmişdir.
Qeyd edək ki, 1927-ci ildə əsası qoyulan Beynəlxalq Sosial Təminat Assosiasiyası 150-dən çox ölkədən olan 340-a yaxın üzvü olan təşkilatdır. Keyp Taundakı sonuncu forumda 143 ölkədən 1600 nəfərdən çox nümayəndə iştirak etmişdir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında