Azərbaycanın sürətli inkişafı xarici qonaqları heyrətləndirir

Ölkəmizdə səfərdə olan Belçika Senatının üzvü senator xanım Dominik Tilmans, Gürcüstan parlamenti sədrinin müavini xanım Rusudan Kervalişvili və digər şəxslər dekabrın 10-da Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova ilə görüşmüşlər.
Bahar Muradova qonaqlara Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi və sosial islahatlar barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan bütün sülhsevər ölkələr, eləcə də qonşu Gürcüstan, Avropanın aparıcı dövlətlərindən olan Belçika ilə mehriban dostluq əlaqələri qurmuşdur. Bu ölkələrlə münasibətlər bütün sahələrdə, o cümlədən parlamentlər arasında yüksələn xətlə inkişaf edir.
Milli Məclis sədrinin müavini BMT təhlükəsizlik Şurasının 2000-ci il sentyabrın 21-də qəbul etdiyi 1325 nömrəli qətnaməsinin əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, bu qətnamədən irəli gələn tələblərin həyata keçirilməsi üçün "Barış qadınlardan keçər" adlı beynəlxalq konfransın təşkili də mühüm əhəmiyyət kəsb edir.
Dominik Tilmans 2009-cu ildə Azərbaycanda olduğunu, ötən qısa müddət ərzində ölkəmizin çox böyük sürətlə inkişaf etdiyini xüsusi qeyd etmişdir. O, Azərbaycanın zorla münaqişəyə cəlb olunmasından təəssüf hissi keçirdiyini vurğulamış, BMT TŞ-nin 1325 nömrəli qətnaməsi çərçivəsində bu problemin həllinə çalışdıqlarını bildirmişdir.
Rusudan Kervalişvili də Azərbaycanın sürətlə inkişaf etməsindən qürur hissi keçirdiyini bildirmişdir.
Görüşdə gender bərabərliyinin qorunması, münaqişələrin həllində qadınların rolunun artırılması, parlamentlərarası əlaqələrin inkişafı və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında