Bakıda Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında konsulluq məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilmişdir

Bakıda Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında konsulluq məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilmişdir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Belarus Xarici İşlər Nazirliyinin Baş Konsulluq İdarəsinin rəisi Aleksandr Ostrovskinin rəhbərlik etdiyi nümayəndə heyəti xarici işlər nazirinin müavini Nadir Hüseynov ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Belarus arasında konsulluq sahəsi üzrə əməkdaşlığın inkişafı, regional və digər məsələlər müzakirə olunmuşdur. N.Hüseynov konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirmiş və sözügedən sahənin inkişaf etdirilməsi üçün ölkələrarası konsulluq məsləhətləşmələrinin keçirilməsinin vacibliyini vurğulamışdır.
Məsləhətləşmələr zamanı Azərbaycanda və Belarusda yaşayan hər iki ölkə vətəndaşlarının hüquqi vəziyyəti, onların qarşılaşdıqları çətinliklərin həlli yolları, xüsusilə Belarusda yaşayan Azərbaycan vətəndaşlarının vəziyyəti, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iki ölkə ərazisində hüquqi vəziyyəti, bu ölkənin ərazisində daimi yaşayan vətəndaşlarımızın pensiya təminatı, vətəndaşlıq, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər, miqrasiya problemləri və readmissiya kimi vacib məsələlər müzakirə edilmişdir.
Müzakirələrdə Azərbaycan Respublikasının Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri iştirak etmiş, müzakirə olunan məsələlərə dair fikir və təkliflərini bildirmişlər.
Azərbaycan tərəfdən məsləhətləşmələrdə nümayəndə heyətinə Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəis əvəzi Mehriban Nəcəfova, Belarus nümayəndə heyətinə Aleksandr Ostrovski rəhbərlik etmişlər.
Məsləhətləşmələrin sonunda tərəflər arasında müzakirə olunan məsələlərə dair niyyət protokolu imzalanmışdır.
Hər iki ölkənin Xarici İşlər nazirliklərinin bundan əvvəlki konsulluq məsləhətləşmələri 2007-ci il dekabrın 18-19-da Minskdə keçirilmişdi.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında