"Avropa İnsan Hüquqları Konvensiyasının implementasiyasında səmərəli mexanizm və vasitələr" mövzusu müzakirə olunmuşdur

Dekabrın 10-da Bakıda Ombudsman Aparatının təşkilatçılığı ilə "Avropa İnsan Hüquqları Konvensiyasının implementasiyasında səmərəli mexanizm və vasitələr" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr olunmuş tədbiri açan insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova konfransın əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, insan hüquqlarının müdafiəsini özünün ali məqsədi elan etmiş Azərbaycan bu sahədə bütün əsas beynəlxalq müqavilələrə qoşulmuşdur.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ölkəmizdə Avropa İnsan Hüquqları Konvensiyasının implementasiyasında Avropa Məhkəməsi qərarlarının tətbiqi üzrə görülən işlərdən danışmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının birbaşa tətbiq edilməsi insan haqlarının ölkədaxili müdafiə vasitələrinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
F.Ələsgərov demişdir: "Avropa Məhkəməsi qərarlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycanın müvafiq qanunvericiliyi təkmilləşdirilmişdir. Azərbaycanda hüquq və azadlıqların məhkəmə qaydasında müdafiəsi sahəsində həm qanunvericilik, həm də instensional islahatlar aparılmışdır. Nəticədə məhkəmələrə daha geniş səlahiyyətlər verilmiş, hakimlərin müstəqilliyinin təmin edilməsi üçün bir çox tədbirlər görülmüş, əhali arasında məhkəmələrə etimad artmışdır".
Avropa Şurasının insan hüquqları və hüquqi məsələlər üzrə Baş Direktoratının bölmə rəhbəri Markus Yaeger Avropada insan hüquqlarının müdafiəsi işinin daha səmərəli qurulmasının vacibliyindən danışmışdır. O, Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərin Azərbaycanda yerinə yetirilməsinə dair ən səmərəli mexanizmlərin müəyyən olunduğunu və həyata keçirildiyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə Konstitusiya Məhkəməsi tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi məsələlərindən danışmışdır. Bildirilmişdir ki, Konstitusiya Məhkəməsi səlahiyyətlərinə aid edilmiş məsələlərin həlli zamanı mövqeyini müəyyənləşdirərkən beynəlxalq hüquq normalarına tez-tez istinadlar edir. Bu, ilk növbədə qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiqinin zəruriliyindən irəli gəlir. Digər tərəfdən isə daha keyfiyyətli qərarların qəbul edilməsinə, həmçinin məhkəmənin mövqeyinin möhkəmləndirilməsinə və düzgün əsaslandırılmasına xidmət edir.
Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında nümayəndəsi Çingiz Əsgərov insan hüquqlarının müdafiəsində yeni standartlar barədə danışmışdır.
Konfransda Avropa İnsan Hüquqları Konvensiyasının dövlət orqanları tərəfindən tətbiq edilməsi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının milli qanunvericilik sisteminə təsiri, bu qərarların ölkədə icrası və s. məsələlərlə bağlı cıxışlar dinlənilmişdir.
Tədbirdə, həmçinin Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ombudsmanın keçirdiyi "Hüquqlar hamı üçün" mövzusunda jurnalist yazıları və "Mən və hüquqlarım" mövzusunda uşaq rəsmləri müsabiqələrinin qalibləri mükafatlandırılmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında