Müharibə əlillərinə minik avtomobilləri təqdim edilmişdir

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da Azərbaycan Vətən Müharibəsi əlilləri, şəhid ailələri üçün mənzillər tikilir, əlillərə minik avtomobilləri verilir.
Dekabrın 10-da Naxçıvan şəhərində Azərbaycan Vətən və 1941-1945-ci illər müharibələrinin 25 əlilinə "Slavuta" markalı minik avtomobilləri təqdim edilmişdir.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək əlillərə göstərilən diqqət və qayğıdan danışmışdır. Qeyd etmişdir ki, ötən 15 il ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş şəxslərə və 1941-1945-ci illər müharibəsi əlillərinə 230 ədəd avtomobil verilmiş, 177 müharibə əlili və şəhid ailəsi hər cür kommunal şəraitə malik mənzil və fərdi evlərlə təmin olunmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov avtomobillərlə təmin edilən müharibə əlillərini təbrik etmiş, onlara uzun ömür, cansağlığı arzulayaraq demişdir: Ölkəmizdə bütün sahələrdə irəliləyiş var, insanlar qayğı ilə əhatə olunublar. Sosial qayğıya ehtiyacı olanlara xüsusi diqqət və qayğı göstərilir. Bunlar Azərbaycanda ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan tədbirlərin, ulu öndərimizin yolunun uğurla davam etdirilməsinin nəticəsidir.
Ali Məclisin sədri demişdir ki, Azərbaycanın hər yerində olduğu kimi, muxtar respublikamızda da belə insanlara dövlət qayğısı göstərilir. Təkcə bu il sağlamlığını qismən itirmiş vətəndaşlarımız, şəhid ailələri üçün 38 mənzil tikilərək istifadəyə verilmişdir. Bu gün isə müharibə əlillərinə avtomobillər təqdim olunur. Belə tədbirlər dövlətimizin öz vətəndaşlarına, ölkəmizin müstəqilliyinin qorunmasında xidməti olanlara qayğısının nəticəsi, Azərbaycan dövlətinin gücünün göstəricisidir.
Ölkəmizin müxtəlif təşkilatlarında çalışan, öz fəaliyyəti ilə fərqlənən insanların əməyinin dövlət tərəfindən qiymətləndirilməsi, Azərbaycanın müstəqilliyinin qorunmasında sağlamlığını itirənlərə, şəhid ailələrinə göstərilən dövlət qayğısı bundan sonra da davam etdiriləcəkdir. Bu insanlara göstərilən diqqət və qayğı nəticəsində onların həyat səviyəsi, rifah halı daha da yaxşılaşdırılacaqdır.
Ali Məclisin sədri bu il 1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinin qeyd olunduğunu, müharibə veteranlarının təltif edildiyini, onlara avtomobillər verildiyini vurğulamış, həmin tədbirlərin davamı olaraq 10 nəfər müharibə iştirakçısına da minik avtomobili təqdim olunacağını bildirərək demişdir: Hər bir Azərbaycan vətəndaşı ölkəmiz üçün nə isə etməyə, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Azərbaycan dövlətinin müstəqilliyinin qorunması uğrunda öz sağlamlıqlarını qismən itirmiş şəxslər, şəhid ailələri, hərbi qulluq zamanı sağlamlığını itirən vətəndaşlarımız daim dövlət qayısı ilə əhatə olunacaq, dövlətin nəzarəti altında bundan sonrakı həyatlarını da rahat yaşayacaqlar.
Ali Məclisin sədri müharibə əlillərini minik avtomobili ilə təmin olunmaları münasibətilə bir daha təbrik etmiş, avtomobillərin açarları təqdim olunmuşdur.
Əlillər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında