Ulu öndər Heydər Əliyev milli iftixarımızdır

Ulu öndər Heydər Əliyevin xatirəsini anma günü ilə bağlı dekabrın 10-da Zəngilan Rayon İcra Hakimiyyəti yığıncaq keçirmişdir.
Yığıncaq iştirakçıları - idarə, müəssisə və təşkilatların nümayəndələri əvvəlcə Fəxri Xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, məzarı üzərinə tər çiçək dəstələri düzülmüşdür.
Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatında keçirilən tədbirdən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, təşkilatın binasında ulu öndərin büstünün önünə gül dəstələri düzmüşlər.
Rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev yığıncaqda çıxış edərək, dahi şəxsiyyət, müdrik dövlət xadimi, xalqımızın xilaskar oğlu Heydər Əliyevin keçdiyi mübariz, şərəfli həyat yolu haqqında danışmış, tarixin müxtəlif həlledici mərhələlərində göstərdiyi uzaqgörənliyə və cəsarətə dair faktlar gətirmişdir.
Bildirilmişdir ki, keçdiyi həyat yolunda əməli işləri, qətiyyəti ilə sözünə sadiq qalan xalqımızın yenilməz oğlu, siyasət nəhəngi, zəmanəmizin təkrarsız şəxsiyyəti Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılmışdır. Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən bütün imkanları ilə xalqımızın hüquq və azadlıqlarını qorumuş, milli şüurun yüksəlməsinə, respublika iqtisadiyyatının möhkəmlənməsinə əvəzsiz töhfələr vermişdir. Vətən, xalq, millət qarşısında misilsiz xidmətlərinə görə bütün türk dünyasının lideri kimi şöhrət zirvəsinə ucalan, hünər, qeyrət, müdriklik rəmzinə çevrilən ulu öndər Heydər Əliyev milli iftixarımız olaraq tariximizdə əbədi yer almışdır.
Vurğulanmışdır ki, dahi şəxsiyyətin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycan dövlətinə güclü idarəçilik, təşkilatçılıq qabiliyyətinə malik davamçı bəxş etməsidir. Natiq bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin əldə etdiyi uğurların təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etmiş, ümummilli liderimizin siyasi kursunun davam etdirilməsinin ölkəmizi daha böyük nailiyyətlərə çatdıracağını vurğulamışdır.
Yığıncaqda YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov, Ördəkli kənd ərazi icra nümayəndəsi Əyyub Qafarov, rayonun hərbi komissarı Mübariz Qurbanov, gənclər və idman idarəsinin rəisi Zaur Nəcəfzadə və başqaları çıxış edərək dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin Vətənimizin və xalqımızın tarixindəki yeri və misilsiz rolunun bir daha dolğunluğu ilə şərh etmiş, onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin bu günü və gələcəyi üçün gördüyü möhtəşəm işlərdən söz açmışlar.
Yığıncağa yekun vuran V.Quliyev xüsusi vurğulamışdır ki, Heydər Əliyevin misilsiz xidmətləri, əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında