Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılmışdır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anim günü ilə bağlı dekabrın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində, ulu öndərin həyat və fəaliyyətini əks etdirən muzeydə onun xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərov tədbiri giriş sözü ilə açaraq, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi və eləcə də keçmiş ittifaq rəhbərliyində təmsil olunduğu zamanlarda doğulub boya-başa çatdığı Azərbaycana, xalqına sədaqətlə və bacarıqla xidmət etməsindən bəhs etmişdir. N.Ələkbərov Heydər Əliyevin ən çətin və mürəkkəb şəraitlərdə Azərbaycanın müstəqilliyi və xalqın mənafeyi naminə özünün və yaxınlarının həyatını təhlükədə qoymaqdan belə çəkinmədiyini vurğulamışdır. Bu gün həyatımızın bütün sahələrində, o cümlədən iqtisadi, siyasi, mədəni, hüquqi, beynəlxalq və s. sahələrdə əldə olunan nailiyyətlərin məhz bu istiqamətlərdə Heydər Əliyev kursuna sadiqliyin, onun ideyalarına dönməzliyin nəticəsi kimi dəyərləndirən natiq dahi şəxsiyyətlə eyni dövrdə yaşamağın da böyük şərəf olduğunu qeyd etmişdir.
Tədbirdə çıxış edən Penitensiar xidmətin məsul əməkdaşları da Azərbaycan dövlətçiliyinin tarixində əbədi yer tutan dahi liderin xalqımızın suverenliyinin möhkəmləndirilməsi və inkişafında xüsusi rolunu qeyd edərək, onun fəaliyyətinin indiki və gələcək nəsillər üçün nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirmişlər.
Tədbirin sonunda iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmə baxmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında