"Paşa Sığorta" nizamnamə kapitalının artırılması prosesini başa çatdırmışdır

Vergilər Nazirliyi "Paşa Sığorta" ASC-nin nizamnamə kapitalının 20 milyon manata qədər artırılmasını qeydiyyata almışdır. Sığortaçının nizamnamə kapitalının artırılması 2009-cu ilin gəlirlərinin kapitala investisiya olunması və şirkətin səhmdarları tərəfindən əlavə investisiya hesabına həyata keçirilmişdir. Nizamnamə kapitalının artırılması barədə məlumat xarakterli müvafiq məktub AR Maliyyə Nazirliyinə göndərilmişdir.
"Paşa Sığorta"nın nizamnamə kapitalının artırılması üçillik inkişaf planı çərçivəsində şirkətin Direktorlar Şurasının tövsiyəsi əsasında və sığortaçıların nizamnamə kapitalının artırılması üzrə dövlətin həvəsləndirmə siyasətinə uyğun olaraq həyata keçirilmişdir. Kapitalın hazırki artımı bizim maddi-texniki bazamızın daha da güclənməsi və risklərin saxlanması üzrə gücümüzün artırılması üçün şərait yaradır. Bazarın inkişafı baxımından isə biz kapital artımını qərbin müasir sığorta məhsullarının Azərbaycanın sığorta təcrübəsinə cəlb olunması və inteqrasiyası planlarının reallaşdırılması üçün vacib imkanlardan biri kimi qiymətləndiririk. "Paşa Sığorta" sığorta şirkətlərinin kapitalının artırılmasına istiqamətlənmiş siyasəti dəstəkləyir və gələcəkdə cari işlərin nəticələrinə uyğun olaraq kapitalın artırılmasını davam etdirəcəkdir. - deyə "Paşa Sığorta" ASC-nin İdarə Heyətinin sədri Nofəl Rzayev qeyd etmişdir.
"Paşa Holdinq"in tərkibində fəaliyyət göstərən "Paşa Sığorta" ASC korporativ və fərdi müştərilərə 31 sığorta növü üzrə xidmət göstərir. "Paşa Sığorta" kapitallaşma və sığorta sektorunda biznesin rentabellik göstəricilərinin səviyyəsinə görə ölkənin aparıcı sığortaçılarının ilk üçlüyünə daxildir. 2007-ci ildən "Paşa Sığorta" Şirkətinin idarəetmə sistemi ISO 9001:2000 beynəlxalq idarəetmə standartı üzrə Britaniyanın Moody agentlyi tərəfindən sertifikatlaşdırılmışdır. 2009-cu ildən "Paşa Sığorta" insan haqqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi və korrupsiya əleyhinə mübarizə üzrə BMT-nin Qlobal Saziş təşəbbüsünün (UN Global Compact Initiative) iştirakçısıdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında