Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır

Dekabrın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə ulu öndərin AHİK-in binasındakı büstünün önünə tər güllər qoymuşlar.
AHİK-in sədri Səttar Mehbalıyev qüdrətli siyasi xadim, müstəqil dövlətimizin yaradıcısı Heydər Əliyevin misilsiz xilaskarlıq rolundan, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışmış, ulu öndərin nurlu ideyalarının ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.
Tədbirdə dünya şöhrətli siyasi xadimin zəngin və şərəfli ömür yolundan söhbət açılmış, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən, ulu öndərin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm tədbirlərdən danışılmışdır.
Ölkəmizin iqtisadiyyatında, elm, təhsil, səhiyyə və digər sahələrdə əldə olunan nailiyyətləri xatırladan natiqlər, ulu öndərimiz Heydər Əliyevin əbədiyaşar ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söyləmişlər.
Çıxışlarda habelə xalqımızın xoşbəxt və firavan gələcəyinə böyük inam ifadə olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında