Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası olmuşdur.
Fərhad Abdullayevin sədrliyi ilə keçən iclasda Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 30 iyul 2010-cu il tarixli sorğusu əsasında "Əmək pensiyaları haqqında" Qanunun 8.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, 38-ci, 71-ci və 147-ci maddələrinə, 149-cu maddəsinin I və III hissələrinə, 8.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, sorğuverən və cavabverən orqanların nümayəndələrinin, mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul etmişdir.
Qərarda deyilir ki, "Əmək pensiyaları haqqında" Qanunun 8.1-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I və III hissələrinə uyğun hesab edilsin.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və III hissələrinin, 149-cu maddəsinin I və III hissələrinin tələblərinə müvafiq olaraq beş və daha çox uşağı övladlığa götürüb səkkiz yaşınadək böyüdən anaların, beş və daha çox uşağı səkkiz yaşınadək tərbiyə etmiş ögey anaların yaşa görə pensiya hüququ "Əmək pensiyaları haqqında" Qanunun 8.1-ci maddəsinə; beş və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum qadınların yaşa görə pensiya hüququ "Əmək pensiyaları haqqında" Qanunun 8.3-cü maddəsinə bu qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında