Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün sənəd qəbulu başa çatmışdır

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) oktyabrın 21 və 29-da 91 dövlət orqanı üzrə müsabiqəyə çıxardığı 815 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün sənəd qəbulu müvafiq olaraq noyabrın 19 və 29-da başa çatmışdır.
Komissiyadan bildirmişlər ki, bu müddət ərzində 3 min 20 namizəd qeydə alınmışdır. Onlardan 718-i (23,77 faiz) qadın, 2312-si (76,23 faiz) isə kişidir.
Müsabiqəyə çıxarılmış vakant vəzifələrdən 168-i inzibati vəzifələrin altıncı təsnifatına, 27-si inzibati vəzifələrin yeddinci təsnifatına, 23-ü inzibati vəzifələrin səkkizinci təsnifatına, 597-si isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olmuşdur. Qeydə alınan namizədlərdən 1689-u inzibati vəzifələrin altıncı, 311-i inzibati vəzifələrin yeddinci, 9-u inzibati vəzifələrin səkkizinci, 1011-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aid olan vəzifələr üçün sənəd vermişdir.
Statistik göstəricilərə görə, ən çox namizəd Ekologiya və Təbii Sərvətlər Nazirliyi (50 yerə qarşı 481 namizəd), İqtisadi İnkişaf Nazirliyi (28 yerə qarşı 412 namizəd) və Dövlət Sosial Müdafiə Fondu (210 yerə qarşı 408 namizəd) üzrə qeydə alınmışdır. Bu üç dövlət orqanı üzrə qeydə alınmış namizədlərin xüsusi çəkisi bütün namizədlərin 43,08 faizini təşkil edir.
Müsabiqə vəziyyətinə, yəni bir vakant yerə iddia edən namizədlərin sayına görə ilk yerləri Diaspor ilə İş üzrə Dövlət Komitəsi (1 yerə qarşı 44 namizəd), Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi (1 yerə qarşı 24 namizəd) və Müəllif Hüquqları Agentliyi (1 yerə qarşı 18 namizəd) tutur.
Müsabiqədə üç vakant vəzifə ilə iştirak edən Cəlilabad və Neftçala rayon məhkəmələri, iki vakant vəzifə ilə iştirak edən Tərtər Hərbi Məhkəməsi, Ağdaş, Daşkəsən, Goranboy, Qəbələ rayon məhkəmələri və bir vakant vəzifə ilə iştirak edən Ağsu, Cəbrayıl, Kəlbəcər, Qax, Qobustan, Saatlı, Samux, Xocalı, Xocavənd, Yardımlı və Zərdab rayon məhkəmələri üzrə heç bir namizəd qeydə alınmamışdır.
Müsabiqənin test imtahanı mərhələsi dekabrın 10-dan komissiyada (Koroğlu Rəhimov küçəsi, 874-cü məhəllə) və Bakı Avrasiya Universitetinin tədris korpusunda (Akademik Həsən Əliyev küçəsi, 135 a, 5-ci mərtəbə, test imtahanı zalı) keçiriləcəkdir. Test imtahanının keçirilmə cədvəli komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az http://www.dqmk.gov.az ) yerləşdirilmişdir.
Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaqdır:
1.Dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində;
2.Qanunvericilik sahəsində;
3.İnformasiya texnologiyaları sahəsində;
4.Məntiqi düşünmə qabiliyyəti sahəsində.
İmtahana hazırlaşmaq üçün ətraflı məlumat və Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait DQMK-nın rəsmi internet saytında yerləşdirilmişdir. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaqdır.
Test imtahanı başa çatan kimi nəticələr namizədlərə təqdim ediləcəkdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında