Azərbaycanın gənclər və idman naziri Strasburqda işgüzar səfərdə olmuşdur

Azərbaycanın Avropa Şurası (AŞ) yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, Avropa Şurasının idman üzrə Genişləndirilmiş Hissəvi Sazişi Katibliyi və Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə idman və gənclər naziri Azad Rəhimov AŞ Nümayəndələr Komitəsinin 1101-ci iclasının gündəliyindəki AŞ-yə üzv ölkələrin idman nazirlərinin Bakıda keçirilmiş qeyri-rəsmi konfransı üzrə fikir mübadiləsi aparmaq məqsədi ilə dekabrın 8-də Strasburqda işgüzar səfərdə olmuşdur.
Nazir Nümayəndələr Komitəsində çıxış edərək Bakıda keçirilmiş konfrans, həmçinin toplantıda müzakirə olunmuş məsələlər, habelə idman oyunlarının nəticələrinin əvvəlcədən razılaşdırılmasının qarşısının alınması, idmançılara vizalar verilməsi, idman sahəsində Avropa əməkdaşlığı və digər məsələlərlə bağlı fikirlərini iclas iştirakçılarına çatdırmışdır.
A.Rəhimov səfər çərçivəsində AŞ baş katibinin müavini Mod de Bur Bukikio ilə görüşmüşdür. Görüşdə AŞ ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın getdikcə inkişaf etməsi razılıq hissi ilə qeyd edilmişdir. Nazir Bakıda keçirilmiş AŞ-yə üzv ölkələrin idman nazirlərinin qeyri-formal konfransı barədə məlumat vermişdir. Tərəflər konfransda müzakirə olunmuş və qəbul edilmiş qərarlar ətrafında fikir mübadiləsi aparmışlar.
Nazir AŞ-nin gənclər və idman üzrə direktoru R.Vaynqarterin müşayiəti ilə AŞ-nin gənclər mərkəzi ilə tanış olmuşdur. Direktor Azərbaycan Gənclər və İdman Nazirliyinin 2008-ci ildə azsaylı ölkələrlə birlikdə mərkəzin təmirinə 20 min avro könüllü yardımına görə minnətdarlığını bildirmişdir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında