İsraildə baş vermiş meşə yanğınlarının söndürülməsində iştirak etmiş Azərbaycan yanğınsöndürənləri Vətənə dönmüşlər

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) İsraildə meşə yanğınları ilə əlaqədar dekabrın 4-də bu ölkəyə iki helikopter göndərmişdi.
Dekabrın 9-da Azərbaycan yanğınsöndürənləri Vətənə qayıtmışlar.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğınsöndürənlərin qarşılanma mərasimində Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli şəxsləri və İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem iştirak etmişdir.
FHN-in aviasiya dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığı ilə FHN-in aviasiya dəstəsinə məxsus iki helikopter 16 nəfərlik heyətlə İsrailin Hayfa şəhəri ətrafında baş vermiş yanğınların söndürülməsinə kömək məqsədi ilə bu ölkəyə yola düşmüşdülər. Biz Gürcüstan-Türkiyə-İsrail marşrutu üzrə uçaraq dekabrın 5-də İsrailin Hayfa şəhərinə çatdıq. Ora çatan zaman vəziyyət artıq nisbətən idarə olunurdu. Biz birinci günü iki uçuş yerinə yetirdik. Əsas məqsədimiz yerli hakimiyyət orqanlarının tapşırığına əsasən kəşfiyyat uçuşları keçirmək, sönməmiş yerləri təyin etmək idi. Yerüstü xidmətlər isə həmin qalmış mənbələri söndürürdülər. Biz iki gündə yanğın bölgəsində 6 uçuş yerinə yetirdik.
Ə.Qasımovun sözlərinə görə, dekabrın 7-də İsrail Prezidenti Şimon Peres və Baş nazir Binyamin Netanyahu yanğınların söndürülməsində iştirak etmiş 17 ölkənin nümayəndələri ilə görüşmüşlər. Prezident və Baş nazir yanğınsöndürənlərə minnətdarlıqlarını bildirmiş, onlara sertifikatlar təqdim etmişlər. Bundan başqa, İsrail Hərbi Hava Qüvvələri komandanı tərəfindən də Azərbaycan xilasedicilərinə xüsusi sertifikatlar təqdim edilmişdir.
Biz dekabrın 8-də Hayfa şəhərindən yola düşdük və getdiyimiz marşrut üzrə də Vətənə qayıtdıq.
Azərbaycanın İsrailə göstərdiyi köməyə görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirən İsrailin ölkəmizdəki səfiri Mixael Lavon-Lotem demişdir ki, Azərbaycan tez bir zamanda yardımla bağlı qərarını vermiş və xilasedicilərini göndərmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında