"İl Foglio" qəzetində Azərbaycanın birinci xanımı haqqında verilmiş material ağ yalan və iftiradır

Azərbaycan Respublikasının birinci xanımının protokol xidmətindən AzərTAc-a daxil olmuş məlumatda deyilir: Biz bu il dekabrın 3-də "İl Foglio" qəzetində dərc edilmiş və Azərbaycanın birinci xanımının şərəf və ləyaqətini ləkələyən böhtan və iftiralardan son dərəcə hiddətləndiyimizi bildiririk. Biz rəsmi olaraq bildiririk ki, məqalədə ifadə olunmuş, guya alman diplomatlarından alınmış "sensasiyalı məlumatlar" ağ yalan və iftiradır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan parlamentinin deputatı Mehriban Əliyeva mədəniyyətlərin və sivilizasiyaların dialoqunun fəallaşdırılmasına, dünya mədəni irsinin qorunmasına, siyasi və ictimai həyatda qadınların rolunun artırılmasına yönəlmiş aktiv və çoxşaxəli fəaliyyəti ilə ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınır. Aydındır ki, Azərbaycanın birinci xanımının, mürəkkəb geosiyasi şəraitdə, münaqişələrlə dolu regionda yerləşən ölkənin artan nüfuzu bəzi dairələrdə əsəbi reaksiya doğurur.
Biz başa düşürük ki, jurnalistlərin öz informasiya mənbələrini gizli saxlamaq hüququ bir sıra bulvar və aşağı səviyyəli nəşrlər tərəfindən açıq-aşkar böhtan, o cümlədən ölkəmizin nüfuzunun və Azərbaycanın birinci xanımının beynəlxalq nüfuzunun artmasında maraqlı olmayan müəyyən qüvvələrin sifarişi ilə iftiralar dərc etmək imkanı kimi şərh olunur.
Azərbaycanın birinci xanımının protokol xidməti hamı tərəfindən etik normaları və bütün beynəlxalq və Avropa sənədlərində təsbit edilmiş insanın böhtandan müdafiə olunması və şəxsi həyatının toxunulmazlığı hüquqlarını rəhbər tutaraq Azərbaycanın birinci xanımından dərhal üzr istəməyi və yuxarıda göstərilən məqalə barədə təkzib dərc etməyi "İl Foglio" qəzetindən rəsmi surətdə tələb edir. Ölkəmiz, həmçinin Azərbaycanın birinci xanımının şərəf və ləyaqətinin müdafiə olunması barədə iddia ilə İtaliya və beynəlxalq məhkəmə instansiyalarına müraciət etmək hüququnu özündə saxlayır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında