Kanadada "Barışmaz fərqliliklər: Türkiyə, Ermənistan və Azərbaycan" kitabının təqdimatı keçirilmişdir

Aprelin 19-da Kanadanın nüfuzlu hərbi jurnalı olan "Esprit de Corps"un təşəbbüsü ilə onun redaktoru Skot Taylorun "Barışmaz fərqliliklər: Türkiyə, Ermənistan və Azərbaycan" kitabının təqdimatı keçirilmişdir.
Azərbaycanın Kanadadakı səfirliyindən bildirmişlər ki, təqdimatda Kanada parlamentinin üzvləri, diplomatik korpusun və mətbuatın nümayəndələri iştirak etmişlər.
S.Taylor bölgə ilə bağlı araşdırmalar aparmaq məqsədilə son 4 ildə Ermənistan, Azərbaycan və işğal altında olan Dağlıq Qarabağ bölgəsinə bir sıra səfərlər etmişdir.
Kitabda Ermənistan-Türkiyə münasibətlərinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair araşdırmalar öz əksini tapmışdır. Müəllif kitabda qeyd edir ki, Kanadada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat məhduddur. Mövcud məlumatlar isə birtərəfli və əsasən Ermənistanın mövqeyini əks etdirir. Elə kitab da məsələni araşdırmaq, Kanada ictimaiyyətinə tarazlı və qərəzsiz məlumat təqdim etmək məqsədilə yazılmışdır.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında