Bakıda İsrailin Müstəqillik Günü qeyd edilmişdir

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında İsrail Dövlətinin yaradılmasının 62-ci ildönümü münasibətilə bayram konserti olmuşdur.
Konsertdən əvvəl İsrail Dövlətinin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem çıxış edərək, öz ölkəsinin müstəqilliyə doğru çətin yolunda qarşılaşdığı təhdidlər və problemlər barədə danışmışdır.
Diplomat qeyd etmişdir ki, İsrail ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. Səfir Azərbaycanda yaşayan bütün xalqlar üçün bu ölkədə yaradılmış şəraitə və yüksək səviyyəli tolerantlığa görə təşəkkürünü bildirmişdir.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov İsrail xalqını Müstəqillik Günü münasibətilə təbrik etmişdir. O qeyd etmişdir ki, İsrail ilə Azərbaycan arasında həmişə sıx əlaqə olmuşdur. Nazir ikitərəfli münasibətlərin möhkəmlənməsində iqtisadi əlaqələrin rolunu xüsusi vurğulamışdır.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Motsartın, Ştrausun, Verdinin, habelə Azərbaycanın bəstəkarlarının əsərlərindən parçalar səslənmişdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında