Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlər köçürüləcəklər

Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin oradan köçürülməsinə 2011-ci ildə başlanılacaqdır.
Bu barədə jurnalistlərə Milli Məclisin deputatı, BDU-nun rektoru akademik Abel Məhərrəmov məlumat vermişdir.
Rektor bildirmişdir ki, hazırda 7 min tələbənin yerləşdirilməsi mümkün olan yataqxanalarda yaşayanların 90 faizi qaçqın və məcburi köçkünlərdir. Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş və paytaxt Bakıya üz tutmuş qaçqın və məcburi köçkünlərin bir hissəsi bu yataqxanalarda məskunlaşdıqları üçün tələbələr kirayədə qalırlar.
A.Məhərrəmov demişdir: "Yataqxanasız universitet təsəvvür etmək mümkün deyildir. Dünyada yataqxanasız universitet yoxdur. Yataqxana həyatı universitetin bir atributudur. Ona görə də yataqxanalar tələbələrin ixtiyarına verilməlidir. Prezident İlham Əliyev məcburi köçkünlər üçün evlərin tikilməsi ilə bağlı Sərəncam imzalamışdır. Vəsait ayrılmış, hazırda tikinti işləri gedir. İlk növbədə BDU-nun yataqxanalarındakı məcburi köçkünlər yeni evlərə köçürüləcəklər".
Rektor onu da bildirmişdir ki, yataqxanalar boşaldıqdan sonra həmin binalar söküləcəkdir. Köhnəlmiş, kommunal şəraiti yaxşı vəziyyətdə olmayan yataqxanaları söküb, yerində yeni, daha müasir, yüksək standartlara cavab verən yataqxana kompleksi tikiləcəkdir. Bakı Dövlət Universitetinin Baş Planında da yeni yataqxana kompleksinin inşası nəzərdə tutulmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında