Küveyt Parlamentinin qadın deputatları Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssüratlarla ayrılmışlar

Azərbaycanda səfərdə olan Küveyt Dövləti Milli Məclisinin qadın deputatları və Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti aprelin 20-də Heydər Əliyev Fondunda olmuşdur.
Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə müsəlman ölkələri ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir.
Qonaqlar görkəmli siyasi və dövlət xadiminin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara maraqla baxmışlar.
Məlumat verilmişdir ki, fondun əsas məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fondun prezidenti Mehriban xanım Əliyeva YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiridir.
Küveyt nümayəndə heyətinin rəhbəri xanım Məsumə Saleh əl-Mübarək fondun xatirə kitabına ürək sözlərini yazmışdır. Qonaq fonda xatirə hədiyyəsi təqdim etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında