"XXI əsrdə türk dünyası" beynəlxalq simpoziumunun Bəyannaməsində Azərbaycan torpaqlarının işğalı pislənilmişdir

Şimali Kiprdəki Lefke Avropa Universitetində Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin təşkilatçılığı ilə keçirilmiş "XXI əsrdə türk dünyası" simpoziumunun Bəyannaməsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı pislənilmişdir.
Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan deputatların və alimlərin iştirak etdiyi simpoziumun yekun Bəyannaməsində bildirilir ki, Azərbaycan ərazilərinin işğalı nəticəsində yurd-yuvasından didərgin düşmüş, əzilmiş və sarsıntılar keçirmiş Azərbaycan türklərinin problemlərinin tezliklə həlli üçün türk dünyası ölkələrinin hər bir platformada birlik və həmrəylik nümayiş etdirməsi zəruridir.
Xocalı soyqırımının dünyaya çatdırılması prosesində bütün türk dövlətlərinin rəsmi qurumlarının birgə fəaliyyətinin əhəmiyyəti vurğulanmışdır.
Simpozium iştirakçıları Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və Dağlıq Qarabağ probleminin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə nizama salınması məsələsində israrlıdırlar.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında