Bələdçi-tərcüməçilərin hazırlanmasına həsr edilmiş forum keçirilmişdir

Son illər Azərbaycanda turizm sektoruna - turizm sənayesinin inkişafına verilən önəmli, regionların turizm imkanlarını və turizmin inkişaf etdirilməsində müvafiq sahədəki potensialın vacibliyini nəzərə alaraq, ölkəmizdə silsilə layihələr həyata keçirilməkdədir. Bu cür layihələrin təşkil edilməsində müxtəlif ölkələrlə əməkdaşlıq da çox mühüm və vacib rol oynayır. Bu cür əməkdaşlıq çərçivəsində düzənlənən tədbirlərdən biri də Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) dəstəyi ilə dekabrın 3-dən 6-dək Gürcüstanın Batumi şəhərində keçirilmişdir. "Bələdçi-tərcüməçilərin hazırlanması və Qafqaz ölkələrinin ümumi birliyinin yaradılması" mövzusuna həsr edilən bu forumun işində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin bir qrup nümayəndəsi, o cümlədən Azərbaycan Turizm İnstitutunun "Turizmin işinin təşkili və idarə edilməsi" fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi Nəsir Nəsirli də iştirak etmişlər. N.Nəsirlidən forumun keçirilməsinin vacibliyi, əsas məqsədi, müzakirə edilən mövzular, səsləndirilən fikirlər barəsində məlumat verilməsini xahiş etdik. O dedi:
-Almaniyanın Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) dəstəyi ilə gerçəkləşən forumun işində Azərbaycandan 10 nəfər nümayəndə iştirak edirdi. Bundan başqa, Türkiyənin, Gürcüstanın, Ermənistanın müvafiq qurumlarının struktur rəhbərləri də dəvət olunanların sırasında idilər. Ermənistandan foruma qatılan nümayəndələr yenə də öz ampulalarında çıxış edərək hələ tədbir fəaliyyətə başlamazdan əvvəl gündəliyə aidiyyətı olmayan, guya, XX əsrə aid edilən bir xəritənin nümayişinə cəhd göstərdilər. Amma onların bu təşəbbüsü baş tutmadı. Forum iştirakçılarından Azərbaycan tərəfdən Turizm Assosasiyasının prezidenti Nahid Bağırov "Azərbaycanın ekoturizm marşrutları", Asya Şirəliyeva "Azərbaycan və regionda sərhədyanı turizm" mövzularında məruzələrlə çıxış etdilər. Mənim məruzəm isə "Bələdçi-tərcüməçilərin hazırlanmasının elmi əsasları"na həsr olunmuşdu. A.Şirəliyevanın və mənim məruzəm tədris və praktikanın əlaqəsini ehtiva edirdi. Forumda iştirak edən "İmprotex" şirkətinin nümayəndəsi Cəmilə İsgəndərzadənin "Azərbaycanın ekoturizm barədə" təqdimatı nəzərəçarpacaq detallarla marağa səbəb oldu.
Tədbirin sonuncu günü "Qafqaz regionunda turizm bələdçilərinin fəaliyyətini tənzimləyən assosasiya"nın yaradılması məqsədilə yekdil fikir birliyi qəbul edildi. Forumun təşkilatçısı GTZ-dən bu təşəbbüsə ilkin razılıq barədə müsbət rəy alındı. "Bələdçi-tərcüməçilərin hazırlanması və Qafqaz ölkələrinin ümumi birliyi"nin yaradılması mövzusunda növbəti forumun Bakıda, yaxud Türkiyənin müvafiq şəhərlərinin birində keçirilməsi planlaşdırıldı. Ermənistan da öz növbəsində bu tədbirə ev sahibliyi etmək arzusunu bildirdi. Və eyni zamanda, bu tədbirin onların ölkələrində keiriləcəyi zaman Azərbaycanı təmsil edəcək qonaqların təhlükəsizliyinə tam təminat veriləcəyini xüsusi vurğuladılar. Amma onların ciddi-cəhdlə arzusunda olduqları bu toplantının Ermənistanda keçirilməsi təklifi birmənalı şəkildə toplantı iştirakçıları tərəfindən rədd edilərək qəbul edilmədi.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında