Çoxmillətlilik bizim sərvətimizdir

"Sodrujestvo" cəmiyyətinin 20 yaşı tamam olmuşdur
Azərbaycan Xalqlarının Respublika Həmrəylik Cəmiyyətinin - AXRHC "Sodrujestvo"nun yaradılmasından 20 il keçir.
Cəmiyyətin sədri Tatyana Kərimova bu münasibətlə təşkil edilmiş təntənəli yığıncaqda çıxış edərək xatırlatmışdır ki, 1990-cı ilin faciəli yanvar hadisələrindən dərhal sonra yaradılmış "Sodrujestvo" milliyyəti, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarını müdafiə edirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev "Sodrujestvo"nun fəaliyyətini yüksək qiymətləndirirdi.
T.Kərimova ötən dövr ərzində təşkilatın fəaliyyəti barədə qısaca məlumat vermiş, cəmiyyətə kömək edən, onunla əməkdaşlıq edənlərin hamısına - Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə, "Rossotrudniçestvo"nun ölkəmizdəki nümayəndəliyinə, Rusiyalı Həmvətənləri Əlaqələndirmə Şurasına, Azərbaycan milli icmalarının nümayəndələrinə təşəkkürünü bildirmişdir.
Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin Azərbaycanın rusdilli əhalisinin Rusiya ilə mənəvi əlaqə saxlaya bilməsinin böyük əhəmiyyətini, eləcə də çoxsaylı həmvətənlər təşkilatları arasında "Sodrujestvo"nun xüsusi yer tutmasını qeyd etmişdir.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının başçısı Aleksandr qeyd etmişdir ki, "Sodrujestvo" cəmiyyəti çoxmillətli və tolerant Azərbaycanda çox çətin bir dövrdə yaranmış və öz qarşısına qoyduğu məqsədə nail olmuşdur. "Sodrujestvo"nun xeyriyyəçilik, humanitar fəaliyyəti, cəmiyyətin imkansız üzvlərinə, müharibə veteranlarına, əlillərə, tənha pensiyaçılara və aztəminatlı ailələrə humanitar və mənəvi dəstəyi xüsusi vurğulanmışdır.
"Rossotrudniçestvo"nun ölkəmizdəki nümayəndəliyinin rəhbəri Ənvər Şeyxov "Sodrujestvo" üzvlərinə təbrik məktubunun mətnini oxumuş, onları yubiley münasibətilə təbrik etmişdir. 160 nömrəli klassik gimnaziyanın direktoru və şagirdləri də yubilyarları təbrik etmişlər.
Elə həmin gün "Sodrujestvo"nun VI konfransı keçirilmişdir. Konfransın gündəliyinə ötən dövr ərzində görülmüş iş barədə hesabat məruzəsi, təftiş komissiyasının hesabatı, rəhbər orqanların yeni tərkibinin seçilməsi məsələləri daxil edilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında