Yaponiyanın milli bayramı şərəfinə

Dekabrın 8-də Yaponiyanın Azərbaycandakı səfirliyi Yaponiya imperatoru Akihitonun anadan olmasının 77-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Səfir Şusuke Vatanabe bildirmişdir ki, ölkə konstitusiyasına görə Yaponiya imperatoru yapon xalqının birlik rəmzidir və onun doğum günü milli bayram kimi qeyd olunur.
Diplomat vurğulamışdır ki, ölkələrimiz arasındakı münasibətlər 2006-cı ilin martında Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərindən sonra yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Səfir Yaponiya və Azərbaycan arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Təhsil naziri Misir Mərdanov əlamətdar gün münasibətilə yapon xalqını Prezident İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır. Nazir bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə və Prezident İlham Əliyevin 2006-cı ildə Yaponiyaya səfərlərindən sonra ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan ilə Yaponiyanın müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayan nazir əmin olduğunu bildirmişdir ki, iki ölkə arasında münasibətlər getdikcə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında