Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən İsraildə meşə yanğınlarının söndürülməsində iştirak edən yanğınsöndürənlərimiz mükafatlandırılmışlar

Bu yaxınlarda İsraildə insan tələfatı ilə nəticələnən irimiqyaslı meşə yanğınları baş vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) meşə yanğınları ilə əlaqədar bu ölkəyə 16 nəfərlik heyətlə iki helikopter göndərmişdir. Yanğınsöndürənlərimiz fəlakətin qarşısının alınmasında yüksək fəallıq və peşəkarlıq nümayiş etdirmişlər.
Bununla bağlı dekabrın 6-da İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon yanğınların söndürülməsində ölkəsinə yardımçı olan digər dövlətlərlə yanaşı, Azərbaycana da təşəkkür etmişdir.
Dekabrın 7-də isə İsrail Prezidenti Şimon Peres meşə yanğınlarının söndürülməsində iştirak edən xarici dövlətlərin yanğınsöndürən heyətlərinin rəhbərlərinə sertifikat və mükafatlar təqdim etmişdir. Baş nazir Binyamin Netanyahunun da iştirak etdiyi mükafatlandırma mərasimində Prezident Şimon Peres insanların həyatını xilas etmək üçün göstərdikləri qəhrəmanlığa görə İsrail dövləti və xalqı adından yanğınsöndürənlərə təşəkkür etmiş, onların bu yardımını yüksək qiymətləndirmişdir.
Baş nazir Binyamin Netanyahu bildirmişdir ki, İsraildə baş vermiş meşə yanğınlarının söndürülməsi ilə əlaqədar xarici dövlətlərin bu yardımı regionda gələcək əməkdaşlıq üçün nümunə ola bilər. B.Netanyahu qeyd etmişdir ki, İsrail xalqı yanğınsöndürənlərin bu yardımını heç zaman unutmayacaqdır.
Həmin gün Yerusəlimdə, "Crowne Plaza" otelində İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon yanğınların söndürülməsində iştirak edən xarici ölkələrin mütəxəssisləri ilə görüşmüş və onlara sertifikatlar təqdim etmişdir.
Mərasimdə çıxış edən D.Ayalon yanğınsöndürənlərə göstərdikləri cəsarətə görə öz xalqı adından təşəkkür etmişdir. Yanğınsöndürənlərin başqa dövlətin ərazisində insanların həyatını xilas etmək üçün göstərdikləri yardım yüksək qiymətləndirilmişdir.
Xatırladaq ki, Azərbaycan ilə yanaşı, Türkiyə, ABŞ, Rusiya, Fransa, İtaliya, Almaniya, Yunanıstan, İspaniya və digər ölkələr də yanğınsöndürənlərini və müvafiq texniki vasitələrini İsrailə göndərmişlər.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında