Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilmişdir

Brüsseldə Avropa İttifaqı (Aİ)-Azərbaycan Əməkdaşlıq Şurasının 11-ci iclası keçirilmişdir.
Xarici İşlər Nazirliyindən bildirmişlər ki, iclasda Azərbaycanı nazir müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Aİ nümayəndə heyətinə isə Macarıstanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jolt Nemet və Aİ-nin genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissar Ştefan Füle başçılıq etmişlər.
İclasdan əvvəl J.Nemet, Ş.Füle və Cənubi Qafqaz ölkələrinin nümayəndə heyətlərinin başçılarının birgə işçi naharı olmuşdur.
Naharda Aİ ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində əməkdaşlıq, xüsusilə də Aİ ilə assosiasiya sazişləri üzrə danışıqlar prosesi, habelə regionda mövcud münaqişələrin nizamlanması ətrafında fikir mübadiləsi aparılmışdır.
İclasın gündəliyində isə əsasən Aİ-Azərbaycan Fəaliyyət Planının həyata keçirilməsi, "Şərq tərəfdaşlığı" təşəbbüsü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, Aİ ilə ölkəmiz arasında enerji və nəqliyyat sahələri üzrə əməkdaşlıq məsələləri öz əksini tapmışdır. Aİ-Azərbaycan münasibətlərinin Fəaliyyət Planında göstərildiyi kimi, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında aparılmasının vacibliyi vurğulanmışdır.
Ölkəmizdə demokratiya, insan hüquqları və mətbuat azadlığının gücləndirilməsi istiqamətində görülmüş işlər və noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilər də iclasda müzakirə olunmuşdur.
İclasda Aİ ilə ölkəmiz arasında enerji sahəsində əməkdaşlıq məsələsi də müzakirə olunmuş, Avropanın enerji təhlükəsizliyi və enerji daşıyıcılarının şaxələndirilməsində Azərbaycanın mühüm rolu vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında