Dördüncü çağırış Milli Məclisin növbəti iclası keçirilmişdir

Dekabrın 7-də dördüncü çağırış Milli Məclisin növbəti iclası keçirilmişdir. İclasda Mərkəzi Seçki Komissiyasının sədri, müavini, üzvləri və MSK Aparatının işçiləri də iştirak etmişlər.
Milli Məclisin sədri Oqtay Əsədov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş islahatlar, ölkəmizin demokratik inkişafı parlament seçkilərinin də azad və ədalətli keçirilməsinə münbit şərait yaratmışdır.
Dövlətimizin başçısının da qeyd etdiyi kimi, dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisi öz qanunvericilik fəaliyyətində ölkəmizin demokratik inkişafına əsaslı töhfələr verəcəkdir.
O.Əsədov deputatlar adından parlament seçkilərinin yüksək səviyyədə keçirilməsinə görə MSK rəhbərliyinə və üzvlərinə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın seçki tarixində ilk dəfə olaraq 2010-cu ilin parlament seçkilərində heç bir seçki dairəsində nəticələr ləğv edilməmişdir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda seçki təcrübəsi çox yüksək səviyyədədir.
Deputat vəsiqələrinin ilk dəfə olaraq 2005-ci ildə Milli Məclisdə deputatlara təqdim olunduğunu xatırladan O.Əsədov bu ənənənin davam etdirildiyini bildirmişdir.
İclasda çıxış edən MSK-nın sədri Məzahir Pənahov dördüncü çağırış Milli Məclisin ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdir. O demişdir ki, demokratik prinsiplər əsasında şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün ən əsas məqamlardan biri dövlətimizin başçısının siyasi iradəsidir. Bütün dünyada artıq özünə vətəndaşlıq qazanmış bu amil seçkilərin keçirilməsində mühüm rol oynayır. İstənilən ölkədə demokratik seçkilərin keçirilməsi üçün orada ölkə rəhbərliyinin siyasi iradəsi olmalıdır. MSK sədri ardıcıl olaraq nümayiş etdirdiyi siyasi iradəyə görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Parlamentin işinə uğurlar arzulayan Məzahir Pənahov əmin olduğunu bildirmişdir ki, dördüncü çağırış Milli Məclis də Azərbaycan xalqına layiqincə xidmət edəcəkdir.
M.Pənahov Milli Məclisin sədri Oqtay Əsədova, sədrin birinci müavini Ziyafət Əsgərova, müavinlər Bahar Muradovaya, Valeh Ələsgərova və seçki dairələrinin ardıcıllığı ilə deputatlara deputat vəsiqələrini təqdim etmişdir.
Sonra gündəlikdəki məsələlərə baxılmışdır.
Əvvəlcə, Milli Məclisin intizam komissiyası təşkil olunmuşdur. Sonra Milli Məclisin komitələrinin sədr müavinləri və komitələrin üzvləri seçilmişlər.
Bununla da, Milli Məclisin iclası başa çatmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında