Ordubad rayonunda əlil və şəhid ailələri üçün inşa edilən yeni fərdi evlərin orderləri təqdim olunmuşdur

Naxçıvan Muxtar Respublikasının digər bölgələri kimi, Ordubad rayonunda da əlil və şəhid ailələrinin sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır, onlar üçün yeni mənzillər tikilib istifadəyə verilir.
Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ordubad rayonunda 1 əlilə və 1 şəhid ailəsinə yeni fərdi evlərin orderlərini təqdim etmişdir.
Əlil Rəşad Məmmədov rayonun Behrud, şəhid ailəsi Vüsal Möhsünlü isə Aşağı Əndəmic kəndlərində 2 otaqlı mənzillə təmin olunmuşlar.
Həmin gün Ordubad Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə "NİVA-CHEVROLET" markalı avtomobil də verilmişdir.
Rayon ziyalıları ilə səmimi söhbət zamanı Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində, o cümlədən Ordubad rayonunda aparılan abadlıq, quruculuq tədbirlərindən söhbət açılmış, ziyalılar muxtar respublikada insanların rahat, firavan yaşayışı naminə həyata keçirilən tədbirlərə görə minnətdarlıqlarını bildirmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında