Xudat Sərhəd Dəstəsində "Zuxuloba" sərhəd zastavasının açılışı olmuşdur

Dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsində "Zuxuloba" sərhəd zastavasının açılışı olmuşdur.
Mərasimdə iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev sərhəd zastavasında yaradılan şəraitlə tanış olmuş, zabit ailələri üçün tikilən mənzillərə baxış keçirmişlər. E.Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlət sərhəd xidmətinin inkişaf etdiyini və təkmilləşdiyini, qurumun maddi-texniki bazasının gücləndiyini vurğulamışdır. Bildirmişdir ki, dekabrın 6-da Xudat Sərhəd Dəstəsində daha iki zastava - "Yuxarı Zeyxur" və "Aşağı Qalanxur" sərhəd zastavaları da istifadəyə verilmişdir.
Tədbirin sonunda xidmətdə fərqlənən sərhədçilərə hədiyyələr təqdim olunmuşdur.
Sonra Xaçmaz rayonunun Müqtədir qəsəbəsi yaxınlığında DSX Sahil Mühafizəsinin Şimal katerlər divizionu üçün binanın təməlqoyma mərasimi olmuşdur. Sahil Mühafizəsinin rəisi, general-mayor İlham Mehdiyev bildirmişdir ki, burada katerlər divizionu üçün inzibati bina, körpülər və bəndlər tikiləcəkdir. Burada quraşdırılacaq müasir avadanlıq Xəzər dənizinin Azərbaycana mənsub sektorunun şimal istiqamətində yerləşən ərazilərini fasiləsiz nəzarətdə saxlamağa imkan yaradacaqdır. Bununla, dənizdə axtarış-xilasetmə və digər əməliyyatların yerinə yetirilməsi, dənizdə dövlət sərhədinin mühafizəsinə aviasiya qüvvələrinin cəlb edilməsi, sərhəd gözətçi gəmiləri ilə qarşılıqlı əlaqə yaratmaq imkanları daha da genişlənəcəkdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında