Azərbaycan ilə İtaliya arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında saziş imzalanmışdır

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 7-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İtaliyanın xarici işlər nazirinin müavini, senator Alfredo Mantikanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən E.Məmmədyarov bunun həm ikitərəfli məsələlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlıqda öz əyani təzahürünü tapdığını bildirmişdir. Azərbaycanın xarici işlər naziri ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu demişdir.
A.Mantika İtaliyanın Azərbaycan ilə yalnız neft sektorunda deyil, qeyri-neft sektorunda da əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulamışdır.
Görüşdə hər iki ölkənin parlamentləri arasında münasibətlərin intensivləşdirilməsinin vacibliyi qeyd olunmuşdur. Avropa İttifaqı çərçivəsində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirən tərəflər xüsusda "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyətini vurğulamışlar.
Sonda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və onun italiyalı həmkarı A.Mantika "Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikasının hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında Saziş" imzalamışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında