Ordubadda yeni avtovağzal binası istifadəyə verilmişdir

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yeni avtovağzal binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni avtovağzalın istifadəyə verilməsi münasibətilə sərnişinləri, sürücüləri və kollektivi təbrik edərək demişdir: "Ölkəmizdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq bütün sahələrdə inkişaf və tərəqqi göz önündədir. İnsanların rifah halının yaxşılaşdırılması, onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi də daim diqqət mərkəzində saxlanılır və bu sahə xüsusi dövlət qayğısı ilə əhatə olunmuşdur. Sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində də tədbirlər görülür. Yeni nəqliyyat vasitələrinin alınıb gətirilməsi, bu sahədə fəaliyyət göstərən özəl şirkətlərə, fiziki şəxslərə dövlət dəstəyinin göstərilməsi ölkəmizdə üstün istiqamət verilən sahələrdəndir.
Muxtar respublikamızda da belə tədbirlər həyata keçirilir, sərnişindaşıma xidmətinin səviyyəsini yüksəltmək məqsədi ilə yeni avtobuslar alınıb gətirilir, taksi xidmətinin səviyyəsi yaxşılaşdırılır. Dəmiryol nəqliyyatının inkişaf etdirilməsi üçün yeni vaqonların istifadəyə verilməsi, sərnişin vağzallarının yenidən qurulması həmin tədbirlərin mühüm tərkib hissəsidir".
Ali Məclisin sədri daha sonra demişdir: "Ötən əsrin 90-cı illərinin başlanğıcındakı dağıdıcılıq prosesi nəqliyyat sektoruna da böyük zərbə vurmuşdu. Həmin dövrdə işlək vəziyyətdə olan avtovağzallar dağıdılmış, nəqliyyat vasitələri sıradan çıxarılmışdı. Nəticədə isə əhalinin rahatlığı pozulmuş, nəqliyyat xidmətindən istifadə edən insanlar çətinliklərlə üzləşmişdi.
Artıq o dövr arxada qalmışdır. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Ölkəmizdəki inkişafın bəhrəsi olaraq insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, sosial qayğıya ehtiyacı olan insanlar üçün tədbirlər həyata keçirilir. Yeni avtovağzalın istifadəyə verilməsi ilə yanaşı, Ordubad rayonunda sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza, şəhid və əlil ailələri üçün tikilmiş yeni mənzillərin orderləri də təqdim olunacaqdır. Bütün bunlar ölkəmizdə insan amilinə verilən yüksək qiymətin, Azərbaycanda ulu öndərimiz Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir.
Ordubad rayonunun mərkəzindən və kəndlərindən Naxçıvan şəhərinə, eləcə də rayon daxilində gündə 40-a yaxın avtobus və mikroavtobus işləyir. Gündəlik sərnişin sıxlığı təqribən 800-850 nəfərdir. Yeni avtovağzal binasının istifadəyə verilməsi sərnişinlərin rahatlığını təmin edəcək, 7 yeni iş yeri açılacaqdır. Bu, imkan verəcəkdir ki, sürücülər də, sərnişinlər də ilin bütün fəsillərində hər cür şəraiti olan avtovağzalın xidmətindən istifadə etsinlər. Eyni zamanda, burada fəaliyyət göstərəcək insanlar üçün də lazımi şərait yaradılmışdır.
Qurulanları qorumaq, ondan düzgün istifadə etmək isə avtovağzalda çalışacaq kollektivin və rayon rəhbərliyinin üzərinə düşən mühüm vəzifələrdən biridir. Avtovağzaldan istifadə edəcək sərnişinlər də, burada fəaliyyət göstərəcək insanlar da, eyni zamanda, sürücülər də qarşılıqlı hörmət əsasında fəaliyyət göstərməlidirlər. Sürücülər sərnişinlərə nümunəvi xidmət göstərməli, sərnişinlər isə onlara xidmət göstərən insanlara hörmətlə yanaşmalıdırlar. Nəqliyyat xidmətinin fəaliyyəti üçün dövlətimiz tərəfindən lazım olan normativ aktlar qəbul olunmuşdur. Sürücülər, avtovağzalın heyəti xidməti vəzifələrini layiqincə yerinə yetirməli, nizam-intizam qaydalarına əməl etməlidirlər".
Ali Məclisin sədri Vasif Talıbov yaradılmış şəraitdən düzgün istifadə ediləcəyinə əmin olduğunu bildirmiş, kollektivə üzərinə düşən vəzifələrin yerinə yetirilməsində uğurlar arzulamışdır.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra yeni avtovağzal binasına baxış keçirilmişdir.
Müasir tələblər səviyyəsində inşa olunan avtovağzal binası iki mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində 45 yerlik gözləmə zalı, kassa, ikinci mərtəbədə isə 6 otaqdan ibarət inzibati hissə yerləşir. Burada hər gün 850-yə yaxın sərnişinə xidmət göstəriləcəkdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında