Azərbaycan nümayəndə heyəti BDT-nin Dəniz Təhlükəsizliyi Komitəsinin 88-ci sessiyasında iştirak etmişdir

Noyabrın 24-dən dekabrın 3-dək Londonda Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin 88-ci sessiyası keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (DDA) mətbuat xidmətindən bildirmişlər ki, 168 üzv dövlətin və müxtəlif beynəlxalq təşkilatların iştirak etdiyi tədbirdə respublikamızı DDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Sessiya zamanı BDT-yə üzv dövlətlərdə dəniz nəqliyyatı sahəsinə dair beynəlxalq konvensiyaların tələblərinə əməl olunması səviyyəsinin yoxlanılması məqsədi ilə icbari audit yoxlamalarının keçirilməsi, dənizdə ətraf mühitin qorunması, həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, son dövrlərdə artan dəniz quldurluğunun qarşısının alınması, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə görülmüş işlər, təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə nəzarət mexanizminin gücləndirilməsi üsulları barədə müzakirələr aparılmışdır.
Sessiya çərçivəsində DDA-nın rəisi Qüdrət Qurbanov dəniz nəqliyyatı sahəsində bir sıra qabaqcıl dünya dövlətlərinin dəniz administrasiyalarının başçıları ilə görüşmüşdür.
Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin iqtisadiyyatının digər sahələri ilə yanaşı, dəniz nəqliyyatında da görülmüş işlər barədə ətraflı məlumat verilmiş, eləcə də dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.
Danışıqlar zamanı DDA-nın əldə etdiyi nailiyyətlərin və ölkəmizdə dəniz nəqliyyatı sahəsində görülmüş işlərin xarici mütəxəssislər tərəfindən müsbət qiymətləndirildiyi xüsusilə qeyd olunmuşdur.
Nümayəndə heyəti tərəfindən Azərbaycanda Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyətinin təmin edilməsi üçün ən son tələblərə cavab verən avadanlığın alınaraq ölkəmizə gətirilməsi və qısa müddətdə tamamlama işləri başa çatdıqdan sonra Milli Mərkəzin tam fəaliyyətə başlayacağı barədə Dəniz Təhlükəsizliyi Komitəsinə və üzv dövlətlərə geniş məlumat verilmişdir.
Dəniz Təhlükəsizliyi Komitəsinin 88-ci sessiyasında 2011-ci il üçün qurum sədrinin seçilməsi məsələsi səsə qoyulmuş və Neil Ferrer yekdilliklə komitənin sədri seçilmişdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında