Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təntənəli mərasim keçirilib

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına həsr edilmiş təntənəli mərasim keçirilib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Nazirliyin, eləcə də RİTN-nin birlik və müəssisələrinin əməkdaşları, dövlət strukturlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanda rabitə sektorunun yaranması, bu sahənin tarixi və inkişaf mərhələləri haqqında danışılıb.
Bundan əlavə tədbir çərçivəsində rabitə və informasiya texnologiyaları sahəsinin işçilərinə fəxri adların verilməsi, eləcə də RİTN və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən elan olunmuş "İKT-nin mediada rolu" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Müsabiqədə qalib yerləri qazanmış jurnalistlərə fəxri diplomlar və dəyərli hədiyyələr təqdim olunub. Fondun icraçı direktoru Vüqar Səfərli özünün və KİV-lərin adından nazirliyin kollektivini, sahə işçilərini peşə bayramı münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Həmçinin bu gün Yeni Azərbaycan Partiyasına yeni daxil olmuş RİTN əməkdaşlarına partiya vəsiqələri təqdim olunub.
Mərasimin sonunda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edib. "Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi ilə əlaqəsi olan bütün şəxslərin bayramıdır. Bu əlamətdar gündə, Azərbaycan Respublikası Prezidentinin bu sahəyə göstərdiyi diqqət və qayğısını xüsusi olaraq vurğulamaq istəyirəm. Dövlət başçısı tərəfindən 2006-cı ildə imzalanan 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramının qeyd olunması haqqında sərəncam sözügedən diqqət və dəstəyin bariz nümunəsidir", - deyə nazir bildirib. Sahənin bütün işçilərini bayram münasibətilə təbrik edən və onlara fəaliyyətlərində uğurlar arzu edən Əli Abbasov öz nitqində gələcəkdə də yüksək nəticələrin göstərilməsini və Azərbaycanın inkişafı naminə daim çalışmanın vacibliyini vurğulayıb. Qeyd etmək lazımdır ki, bu gün bayram münasibətilə təntənəli mərasimlər RİTN-in birlik və müəssisələrində davam edir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında