NATO Azərbaycanın Fərdi Tərəfdaşlıq Proqramı üzrə seçdiyi tədbirləri yüksək qiymətləndirmişdir

Dekabrın 6-da NATO-nun mənzil-qərargahında Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında Fərdi Tərəfdaşlıq Proqramı (FTP) üzrə ekspert görüşü keçirilmişdir.
Ölkəmizin NATO yanında nümayəndəliyindən bildirmişlər ki, görüşdə Azərbaycanın Alyans ilə əməkdaşlığa cəlb olunmuş dövlət qurumlarının nümayəndələrinin 2011-ci ildə iştirakı planlaşdırılan NATO-nun tədbirləri müzakirə edilmişdir. Gələn il NATO-nun 217 tədbirində Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin iştirakı gözlənilir. NATO Azərbaycanın FTP üzrə seçdiyi tədbirləri yüksək qiymətləndirmişdir.
Görüşdə Azərbaycanın Müdafiə Nazirliyinin və ölkəmizin NATO yanında nümayəndəliyinin təmsilçiləri, Alyans tərəfdən isə Beynəlxalq Katiblik, Beynəlxalq Hərbi Qərargah və Müttəfiqlərin Əməliyyat Komandanlığının nümayəndələri iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında