Türkiyəli qonaqlar Suraxanı rayonu ilə tanış olmuşlar

 

{nl}

Türkiyə Respublikasının dövlət orqanları işçilərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Dövlət Kadrlar İdarəsi arasında "2010-2011-ci illər üçün əməkdaşlıq üzrə fəaliyyət Proqramı" çərçivəsində reallaşıb. Nümayəndə heyəti Suraxanı rayonunda da olub. Türkiyəli qonaqların Suraxanı ilə tanışlığı "Atəşgah məbədi" Dövlət Tarix Memarlıq Qoruğu ilə başlayıb. Nümayəndə heyətinə bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib. Daha sonra qonaqlar Suraxanı rayonundakı Heydər Əliyev parkına gələrək burada ulu öndərin abidəsini ziyarət etmiş, xatirəsinə ehtiramlarını bildirmiş, Heydər Əliyev mərkəzində "Millət atası" filminə baxmışlar.
Nümayəndə heyəti həmçinin rayon icra hakimiyyətinin akt zalında son illərdə rayonda aparılan abadlıq-quruculuq işlərini əks etdirən filmə baxmış və burada infrastrukturun inkişafı ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrlə tanış olmuşdur. Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlara Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə geniş vüsət alan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat vermişdir.
Qonaqlar rayon icra hakimiyyətində reallaşdırılan "Elektron icraçı" avtomatlaşdırılmış idarəetmə sistemi ilə də tanış olmuşlar.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında