Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi İsraildə meşə yanğınları ilə əlaqədar bu ölkəyə iki helikopter göndərmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) İsraildə meşə yanğınları ilə əlaqədar bu ölkəyə iki helikopter göndərmişdir.
Dekabrın 4-də "KA-32 A" və "Mİ-17-1 V" yanğınsöndürən helikopterləri 16 nəfərlik heyətlə Heydər Əliyev Beynəlxalq Aeroportundan İsrailə yola düşmüşdür.
FHN-in aviasiya dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov bildirmişdir ki, İsrailin Hayfa şəhəri ətrafında insan tələfatı ilə nəticələnən irimiqyaslı meşə yanğınları davam edir. Bu yanğınların söndürülməsinə kömək göstərmək üçün İsrail tərəfdən bizə müraciət olunmuşdur. Prezident İlham Əliyevin tapşırığı ilə FHN-in aviasiya dəstəsinə məxsus iki helikopter 16 nəfərlik heyətlə yanğınların söndürülməsində iştirak etmək üçün İsrailə yola düşmüşdür.
Azərbaycan yanğınsöndürənlərinin İsraildə olma müddəti 10 gün nəzərdə tutulsa da, bu müddət yaranmış şəraitdən asılı olaraq artıb və ya azala bilər. Ehtiyac yaranarsa və İsrail tərəfdən müraciət edilərsə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi əlavə şəxsi heyət və texnika göndərməyə hazırdır.
Ə.Qasımov demişdir ki, helikopterlər Gürcüstan-Türkiyə-Kipr-İsrail marşrutu üzrə uçacaqlar. Amma ola bilər ki, bu marşrutda hava şəraiti və ya başqa bir səbəblə əlaqədar dəyişiklik olsun. Azərbaycan yanğınsöndürənləri ilkin olaraq yanğınların daha geniş yayıldığı Hayfa şəhəri ətrafına gedir. Lakin yerli hakimiyyət haranı məsləhət biləcəksə, biz orada yanğının söndürülməsinə başlayacağıq.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında